Icma.az
close
up
RU
Fəxri adlara görə nə qədər təqaüd verilir? ARAŞDIRMA

Fəxri adlara görə nə qədər təqaüd verilir? ARAŞDIRMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bəzi sahələrin nümayəndələrinin əməyini qiymətləndirmək məqsədilə fəxri adlar təsis edilib. Bunlara mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, dövlət qulluğu, hüquq, kənd təsərrüfatı, mülki aviasiya sahələrindəki nailiyyətlər qazanmış şəxslər daxildir.
Bizim.Media fəxri adların kimlərə verilməsini, onu daşıyanların məsuliyyəti, fəxri adların məbləği barədə araşdırmanı təqdim edir.
Fəxri ad ənənəsi
İlk fəxri adlar sovet dövründə təsis olunub və 45 fəxri ad müəyyən edilib. Müstəqilliyin ilk illərində, yəni 1991-1993-cü illərdə sovet dövründə müəyyən edilən fəxri adlar dəyişdirilib və müəyyən şəxslərə verilib. Lakin 1993-1998-ci illərdə isə heç bir fəxri ad verilməyib. Bu da fəxri adlara dair sənədin qəbul olunmamasından irəli gəlib. 1998-ci il 22 mayda isə fəxri adlar haqqında yeni Fərman imzalanıb.
Kimlərə fəxri adlar verilir?
Həmin ildən xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar dövlət qulluqçusu, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi fəxri adları verilir. Fəxri adla bərabər həmin şəxslərə döş nişanı da təqdim edilir. Fəxri adlar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı digər ölkələrin də vətəndaşlarına verilə bilər. Fəxri adların verilməsi haqqında Fərmanda qeyd edilib ki, “Xalq artisti” və “Xalq rəssamı” fəxri adları müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər. 
Fəxri adlara görə nə qədər təqaüd verilir?
Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər qanunvericilik ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər. Nailiyyəti seçilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək üçün verilən fəxri ada görə onlara hər ay dövlətdən müxtəlif məbləğdə pul verilir. Məsələn, hazırda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist” və s.) görə isə 150 manat maddi vəsait verilir.
Fəxri addan məhrumetmə halları
Azərbaycan Respublikasının fəxri adını almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, o adı ləkələyən xata törətdikdə Prezidentinin sərəncamı ilə fəxri addan məhrum edilir. Qeyd edək ki, fəxri addan məhrum edilmiş şəxsin fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılmalıdır.
Günay Şahmar, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri