Fəxri adlara görə Prezident təqaüdü alanların hazırkı sayı
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda fəxri adlara görə Prezident təqaüdü alanların ən son statistikası açıqlanıb.
Modern.az saytının Dövlət Statistika Komitəsinən əldə etdiyi məlumata görə, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 399 993 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib. Qeyd edək ki, iyulin 1-dək bu rəqəm 397 420 nəfər idi.
Göründüyü kimi, üç ay ərzində Prezident təqaüdü alanların sayında xeyli artım baş verib.
Prezident təqaüdü təyin edilənlərdən 4 791 nəfəri fəxri adlara görə təqaüd alan şəxlərdir.
Belə ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 252 nəfər "Xalq” fəxri adına görə, 4 539 nəfər "Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.
"Xalq" fəxri adına görə ayda 200 manat, "Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















