Icma.az
close
up
RU
Feyk xəbərlərin cəmiyyətə nə kimi təsiri var? MEDİA EKSPERTİ DANIŞDI

Feyk xəbərlərin cəmiyyətə nə kimi təsiri var? MEDİA EKSPERTİ DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Analitik mərkəzlərin hesablamalarına görə, “Saxta xəbər”in gündəlik informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir”. Bunu SİA – ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, belə yüksək göstəricini həm texniki inkişafla (internetin, sosial media platformalarının çoxalması), həm də qlobal siyasi proseslərin aktivliyi ilə əlaqələndirirlər: “Məlumat üçün qeyd edək ki, müasir media nəzəriyyələri “Saxta xəbər”i (Fake news) növlərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi olaraq, “Fake news”un qolları olaraq, “Misinformation” və “Disinformation” terminlərini bir-birindən ayırırlar. Onların ümumi cəhətləri budur ki, hər halında xəbərin yalan olduğunu, saxtalığını ifadə edirlər. Amma yayılma şərtinə, niyyət və məzmununa görə fərqlənirlər. Rəqəmsal lüğət tərtibatçısı olan “Dictionary Center” qeyd edir ki, yanlışlığın xəbərə təsadüfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır. “Misinformation” üzrə təsnif edilən xəbərlərdə “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. Bir sözlə, “Misinformation” deyərkən, zərərli məqsəd, qərəzli niyyət güdmədən yayılmış “yanlış xəbərlər” nəzərdə tutulur.

“Dezinformasiya” isə “bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları”nəzərdə tutur. Ekvivalent olaraq “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan "saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.
Son illərdə qlobal səviyyəli dezinformasiyalar intensiv şəkildə paylaşılır və ayrı-ayrı ölkələri deyil, bütövlükdə dünyanı fəlakətə sürükləyir. Dezinformasiya faktoru dünya siyasətində savaş elementinə çevrilib. “Dictionary.com” bildirir ki, 2018-ci ildə dezinformasiya “İlin ən məşhur sözü” kimi tarixə düşüb.

“Saxta xəbər”in kəmiyyət baxımından artması ona qarşı mübarizə tədbirlərinin görülməsini zərurətə çevirir. “Feyk xəbər”lə mübarizə tədbirləri əsasən 3 istiqamət üzrə təsnifatlaşdırılır. İlk istiqamət maarifləndirmə və məlumatlandırma tədbirlərini ehtiva edir. Ehtimal olunur ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Bu kontekstdə sosial media istifadəçilərinin, internet fəallarının maarifləndirilməsi, media savadlılığının artırılması “feyk xəbər”lə mübarizə kontekstində mühüm vasitə kimi qəbul edilir. İnternet informasiya resurslarında etik prinsiplərin qorunması üçün “Netiket”, “Etik xartiyalar” və sair tərtib edilir.

“Saxta xəbər”in yeni media sferasında yayılmasının qarşısını almaq üçün “Netiket”, “Kodeks” və “Xartiya”ların hazırlanması ilə yanaşı texniki alətlərin tərtibinə də önəm verilir. Beləliklə, “Feyk xəbər”lə mübarizə tədbirləri yönündə 2-ci istiqamət, yəni, texniki tətbiqlər gündəmə gəlir. Məşhur “fakt yoxla” (Fact-checking) platforması bu məqsədlə yaradılıb. Fakt yoxlayan veb-saytlar həm siyasi, həm də qeyri-siyasi mövzular haqqında faktların yoxlanılmasına kömək göstərirlər. Platforma effektiv olduğu üçün inkişaf etdirilib və beynəlxalq şəbəkəyə çevrilib. “International Fact-Checking Network” bu sahədə nümunəvi örnəkdir. Bu platforma insanlara şübhəli yanaşdıqları informasiyaları araşdırmaq, yanlışlığı aşkarlamaq, həqiqəti bilmək üçün fürsət yaradır. Fakt yoxla funksiyası daşıyan milli saytın Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin üzvü olması bu təşkilatın etibarlılığını müəyyən etməyə yardım göstərir. Amma tətbiq edilən bütün bu proqramlar, texniki alətlərin tətbiqi və maarifləndirmə tədbirləri saxta xəbərin qarşısını almaq üçün kifayət etmir. İndiki dövrün ən böyük problemi odur ki, “Fake news” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. Problem qloballaşır. Bu baxımdan milli hökumətlər üçün ona qarşı hüquqi-inzibati müstəvidə mübarizənin təşkil edilməsi zərurəti yaranır. Beləliklə, “Feyk xəbər”lə mübarizə tədbirlərinin 3-cü istiqaməti-hüquqi-inzabiti yolla tənzimləmə metodu ortaya çıxır. Ayrı-ayrı dövlətlər tərəfindən bu istiqamətdə təşəbbüslər göstərilir. Məsələn, “Dezinformasiyaya qarşı mübarizə qanunu” formasında hüquqi aktlar tətbiq edilir. Yaxud, xüsusi inzibati qurumlar yaradılaraq, dezinformasiyaya qarşı mübarizə aparılması üçün ona səlahiyyətlər verilir. Artıq dünyanın inkişaf etmiş ölkələrinin bir çoxunda, o cümlədən, Almaniya, Fransa, Türkiyə, Çin, Rusiya və digərlərində dezinformasiyaya qarşı mübarizənin inzibati-hüquqi yolla tənzimlənməsinin modelləri tətbiq olunub. Növbəti məqaləmizdə bu modellər barədə geniş bilgi veriləcək”.

Müəllif: Qumral Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri