Icma.az
close
up
RU
Fəzail Ağamalı: İlham Əliyev 50 milyonluq xalqın qürur mənbəyi, sevimli və alternativsiz lideridir

Fəzail Ağamalı: İlham Əliyev 50 milyonluq xalqın qürur mənbəyi, sevimli və alternativsiz lideridir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Haqlı olaraq xalqımızın qan yaddaşında Xilaskar, Müzəffər Ali Baş Komandan olaraq əbədiləşdiniz". 

"Bütün tarixi torpaqlarımıza, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz"

"Azərbaycanımızı bütün varlığı ilə sevən vətənpərvər, qətiyyətli və polad iradəli, yüksək intelektə və qeyri-adi idarəetmə bacarığına malik müdrik dövlət başçısı, dünya çaplı siyasi xadim və tarixi şəxsiyyət kimi Siz bəşəri dəyərlərə ehtiram göstərən hər kəsə örnəksiniz, 50 milyonluq xalqımızın qürur mənbəyisiniz, sevimli və alternativsiz liderisiniz".

"Sherg.az"ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri, sabiq millət vəkili Fəzail Ağamalı deyib. 

Partiya sədri bildirib ki, sizin Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi xəttinə söykənən və milli maraqlarımıza xidmət edən siyasətiniz qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətinə Beynəlxalq aləmdə böyük nüfuz qazandırıb: 

"Sizin siyasətiniz dünyada yüksək mövqe tutmasını təmin edib, ölkəmizi qalib və lider dövlət səviyyəsinə qaldırıb. Möhtərəm, cənab Prezident! Siz, 2020-ci ili Qalib və Müzəffər sərkərdə kimi Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk etdirdiniz. 200 il himayədarlarının köməyilə tarixi torpaqlarımızı işğal edib, saxta dövlət yaradan, 30 il əzəli yurdlarımız Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan erməni faşizmi və ona hərtərəfli yardım göstərən Beynəlxalq güclər üzərində Dəmir Yumruğunuz və polad iradənizlə möhtəşəm qələbə qazandınız. Qurduğunuz modern və qəhrəman ordu ilə, formalaşdırdığınız vətənpərvər cəmiyyətlə, sevgi, inam, etibar qazandığınız xalqımızla bunu etdiniz. 2023-cü ildə erməni faşizminin iblis yuvası olan separatçı - xunta rejimini yox etmək, Azərbaycanın ərazi bütövlüyünü tamamlamaq və süverenliyimizi tam təmin etmək yolunda son addımı ataraq, 23 saatlıq qeyri-adi anti-terror əməliyyatı ilə hərb tariximizə əvəzsiz yeniliklər gətirdiniz. Siz zədələnən qürurumuzu və milli mənliyimizi millətə qaytaran fenomenal dövlət xadimi kimi hər birimizin qürur mənbəyisiniz. Haqlı olaraq xalqımızın qan yaddaşında Xilaskar, Müzəffər Ali Baş Komandan olaraq əbədiləşdiniz. Bütün tarixi torpaqlarımıza, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz. Ziyarət etdiyiniz Xudafərin körpüsü önündə ən yaxın və sədaqətli silahdaşınız və həyat yoldaşınız Mehriban xanımla Araz çayının suyuna toxunmaqla gələcək müqəddəs yolumuza ürəyinizdə və düşüncələrinizdə verdiyiniz xeyir-dua düşərli olsun və onu da Zəfərlə başa çatdırmağı Uca Tanrı talehinizə qismət etsin".

F.Ağamalı qeyd edib ki, Vətən müharibəsində erməni faşizmi üzərində qazandığınız qələbənin məntiqinə və təməlinə söykənərək işğaldan azad olunmuş torpaqlarımızda qısa zaman kəsiyində böyük infrastrukturun yaradılmasında, quruculuq və bərpa işlərində təssəvvür olunmaz uğurlara imza atmaqdasınız: 

"8 Avqust 2025-ci ildə Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüş Sizin qlobal liderlik statusunuzun və Azərbaycanın beynəlxalq nüfuzunun növbəti parlaq təzahürü oldu. Görüşdə nümayiş etdirdiyiniz prinsipial mövqe, milli maraqlara söykənən qətiyyətli siyasi xətt və uzaqgörən diplomatik yanaşma Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş, sözünə və imzasına sadiq güc mərkəzi olduğunu bir daha təsdiqlədi. Vaşinqton görüşü göstərdi ki, Azərbaycan artıq beynəlxalq siyasi gündəliyin formalaşmasında həlledici rol oynayan dövlətə çevrilmişdir. Bu tarixi mərhələ birbaşa Sizin adınızla və liderliyinizlə bağlıdır.

Möhtərəm, cənab prezident! Siz, bütün əməllərinizlə, atdığınız möhtəşəm addımlarla, diplomatik məharətinizlə dünyanı dəyişən lider səviyyəsinə yüksələ bildiniz. Sizi bir daha əlamətdar günlər münasibətilə təbrik edir, Sizə və dəyərli ailənizə möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan dövlətinin çiçəklənməsi, tarixi torpaqlarımızın bütövləşməsi uğrunda apardığınız genişmiqyaslı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri