FHN: 18 nəfər təxliyə edildi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.
Tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda əməliyyatllar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 28 Mart 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















