Icma.az
close
up
RU
FHN Akademiyasında andiçmə və buraxılış mərasimi keçirilib FOTO

FHN Akademiyasında andiçmə və buraxılış mərasimi keçirilib FOTO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantlar və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər sosial-iqtisadi yüksəliş və tərəqqi mərhələləri kimi tarixə qızıl hərflərlə daxil olub. Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər milli təhsilimizin inkişafı məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində milli təhsilimiz müasir dünya standartları səviyyəsində təşəkkül taparaq ölkəmizin hərtərəfli inkişafına mühüm töhfə verir. Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını və 2013-cü ilin dekabr ayının 27-də ölkə başçısının Fövqəladə Hallar Nazirliyinin Akademiyasının binasının açılış mərasimində şəxsən iştirakını xüsusi vurğulayan nazir K.Heydərov ötən illər ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın müasir təhsil ocağı kimi təşəkkül tapdığını qeyd edib.

Nazir bildirib ki, indiyədək akademiyanı 1270 məzun bitirib və həmin məzunlar FHN-nin müxtəlif strukturlarında fəaliyyətini davam etdirir.

Nazir Heydər Əliyev Fondu tərəfindən milli təhsilimizin inkişafı naminə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələri xatırladaraq onların əhəmiyyətindən danışıb.

Ali dövlət qayğısı sayəsində yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu deyən nazir kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən FHN Akademiyasının rəisi Baba Salayev akademiyanı bitirən kursantlara uğur arzu edib. Akademiya rəisi bildirib ki, bu ilk xüsusi təyinatlə akademiyaya 100 kursant daxil olub. Həmçinin 97 bakalavr, 15 magistrant akademiyanı uğurla bitirb. Eyni zamanda, 97 kursantın 3-ü, 15 magistrant kursanlardan 2-si, qiyabi təhsil alan 45 kursantdan 2-si akademiyanı yüksək qiymətlə bitirib.

Akademiya rəisi akademiyaya daxil olan və bitirən müdavimlərə uğurlar arzu edib.

Sonra çıxış edən valideyn məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək şəraitə görə təşəkkür edib.

Mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri