Icma.az
close
up
RU
FHN birgə təlimdə iştirak edib

FHN birgə təlimdə iştirak edib

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması" mövzusunda keçirilən birgə təlimdə Azərbaycan Respublikasını Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təmsil edib. Təlimə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxsi heyəti və 5 ədəd texnikası cəlb edilib.
Təlim zamanı qüvvə və vasitələrin operativ olaraq fövqəladə hadisə rayonuna cəlb edilməsi, bölmələrin yerləşməsi üçün çadır düşərgəsinin qurulması, koordinasiya mərkəzinin açılması və qarşılıqlı fəaliyyətin təşkili, təyin olunmuş iş sahələrində axtarış-xilasetmə əməliyyatları zamanı fəaliyyətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə kəşfiyyat tədbirlərinin icrası və uçma təhlükəsi olan tikililərin möhkəmləndirilməsi, hündürlükdə və dağıntılar altında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Bynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvə və vasitələri cəlb olunmaqla uğurla icra edilib. Təlim zamanı, həmçinin pilotsuz uçuş aparatları tətbiq olunmaqla ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi, müasir idarəetmə və rabitə vasitələrinin tətbiqi ilə yanaşı, şəxsi heyətin həyat və sağlamlığının qorunması üzrə məsələlər də diqqət mərkəzində saxlanılıb.
Eyni zamanda, sadələşdirilmiş sərhədkeçmə və gömrük prosedurlarının icrası da təlim zamanı əsas fəaliyyət istiqamətlərindən olub.
Təlim çərçivəsində iştirakçılar Noqinsk xilasetmə mərkəzinin imkanları, fəaliyyət istiqamətləri və maddi-texniki bazası ilə də tanış olublar. Bununla yanaşı, “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların icrası məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi”, “Axtarış-xilasetmə əməliyyatları zamanı psixoloji təminatın təşkili” “Fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatları zamanı rabitənin təşkili”, “Dalğıc işlərinin həyata keçirilməsi” və “Kinoloji bölmələrin fəaliyyətinin təşkili” mövzularında seminarlar təşkil edilib.
Sonda təlim üzrə fəaliyyətin təhlili aparılıb, həmçinin Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən təlimdə xüsusi fərqlənən əməkdaşlara mükafatlar təqdim edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see266

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see197

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see184

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see182

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see180

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see179

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

30 May 2026 09:41see171

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see170

Ermənistan hərbi paradda Qərb silahlarını nümayiş etdirdi...

30 May 2026 18:17see169

IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı

30 May 2026 12:50see167

Xankəndidə möhtəşəm atəşfəşanlıq yaşandı FOTO

30 May 2026 23:09see166

Mütəmadi olaraq yumurta yemək orqanizmə necə təsir edir? 6 vacib dəyişiklik

30 May 2026 15:03see164

Qadağa qəzəbə ÇEVRİLDİ: Anasını DÖYDÜ GÖRÜNTÜLƏR

30 May 2026 21:52see162

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see162

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see157

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see155

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see152

Səudiyyə Ərəbistanından İtaliyaya 10 milyon avroluq transfer

30 May 2026 12:09see150

Yeni sevgilisini belə elan etdi

30 May 2026 10:55see150

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri