FHN Dəmir yolundakı qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi ilə bağlı təlim keçirib FOTOLENT VİDEO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Uğurla keçən təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















