Icma.az
close
up
RU
FHN ə işə düzəltmək adı ilə iki nəfəri aldatdı MƏHKƏMƏ

FHN ə işə düzəltmək adı ilə iki nəfəri aldatdı MƏHKƏMƏ

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyən şəxs iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1989-cu il təvəllüdlü Goranboy rayon sakini Tamerlan Məmmədov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib və keçmiş iş yoldaşı Vüsal Qafarovun (ad-soyadlar şərtidir – red.) əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib.
O, buna heç bir səlahiyyəti olmadığı halda Qafarovun oğlu İslamı Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib və 2024-cü ilin aprel ayının əvvəlində, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu, Yeni Binalar qəsəbəsində 6000 manat, aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə isə həmin qəsəbədə 3000 manat alıb. 
Bundan başqa, Məmmədov Goranboy rayonu, Zeyvə kənd sakininin əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib. O, buna heç bir səlahiyyəti olmadığı halda onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib, ondan  ümumilikdə 10000 manat alaraq təkrar dələduzluq edib. 
Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib. 
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, Məmmədov zərərçəkmiş şəxslər ilə barışıb, onlara dəyən maddi ziyanı tam, eyni zamanda vurulmuş maddi ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəyib. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Məmmədovun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri