FHN nin idarəsindən Araz Motors a 1,2 milyonluq sifariş
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi quru yolu hərəkət vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələri və təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Araz-Motors” şirkəti seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 209 909,73 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 20 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 535 020 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, "Azərboru” İstehsalat Birliyinin ərazisində yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev İlqar Elxan oğludur.
İlqar Əliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Araz-Motors” MMC-nin internet saytında yerləşdirilən məlumatdan aydın olur ki, şirkət 1996-cı ildə yaradılıb. "Araz-Motors” MMC "Volkswagen”, "Mercedes Benz”, "BMW”, "Audi”, "Seat”, "Skoda”, "Porsche”, "Opel”, "Land Rover”, yapon və Koreya qrupu avtomobillər üçün orijinal və avto market ehtiyat hissələri tədarük edir və onları ölkə daxilində satışını həyata keçirir.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 May 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















