Icma.az
close
up
RU
FHN qeyri çimərlik ərazilərdə batanlar barədə məlumat yayıb

FHN qeyri çimərlik ərazilərdə batanlar barədə məlumat yayıb

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qeyri-çimərlik ərazilərdə suda batan 50 nəfərin meyiti tapılıb: 65 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

Həmçinin, ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, suda boğulma hadisələrinin əksəriyyəti əsasən qeyri çimərlik ərazilərdən istifadə edilməsi, küləkli havada və ya sərxoş halda dənizə girilməsi, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çaylar, göllər, suvarma kanalları və digər çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə edilməsi səbəbindən baş verib.

FHN əhaliyə, xüsusən valideynlərə müraciət edərək istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməyə çağırıb:

"Xilasedicilərin və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələb və göstərişlərinə sözsüz əməl edilməlidir".

Qeyd olunub ki, qeyri çimərlik ərazilərdən istifadə, üzmə sərhədlərini müəyyən edən işarələri keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya girmək, xilasetmə üçün nəzərdə tutulmuş texniki vasitələrindən başqa digər texniki vasitələrlə çimərlik ərazisinə daxil olmaq, çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, çimərliyə ev heyvanlarını gətirmək, çimərlikdə balıq tutmaq, çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır.

Bundan başqa, bildirilib ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir, uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır, uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Həmçinin o da xatırladılıb ki, çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Avqust 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri