Icma.az
close
up
RU
FHN və Ombudsman Aparatı birgə konfrans keçirdi Foto

FHN və Ombudsman Aparatı birgə konfrans keçirdi Foto

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans təşkil olunub.

Axar.az xəbər verir ki, konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları Aydın Hüseynov və Aydın Mirzəzadə, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, əməkdar jurnalist Mübariz Əsgərov və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov salamlama nitqi ilə çıxış edərək, Dahi Rəhbər Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Tarixi Şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anıldığını qeyd edən nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Dahi Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.

Müvəkkil Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə inkişafına yönəlmiş çoxsaylı islahatların əsasını qoyduğunu bildirib.

S.Əliyeva Ulu Öndərin Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində apardığı hüquqi islahatların ölkəmizin beynəlxalq hüquq sisteminə inteqrasiyasını sürətləndirdiyini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin təsis olunmasına zəmin yaratdığını diqqətə çatdırıb. Müvəkkil dövlətin ali məqsədi olan insan hüquqlarının müdafiəsinə xidmət edən Ombudsman təsisatının da məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb.

Ombudsman təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib, son illərdə insan hüquqları sahəsində bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda atdığı tarixi addımlardan danışıb, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatların əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri