Icma.az
close
up
RU
FHN və Ombudsman Aparatı Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar mövzusunda konfrans keçiriblər

FHN və Ombudsman Aparatı Heydər Əliyev və Azərbaycanda insan hüquqları sahəsində islahatlar mövzusunda konfrans keçiriblər

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin dövründə dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib

"Report" xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov FHN və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfransda deyib.

Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun əsasları Heydər Əliyev tərəfindən qoyulduğunu deyən T.Əmiraslanov qeyd edib ki, insan hüquqları sahəsində aparılmış islahatlar cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva isə vurğulayıb ki, Heydər Əliyev fövqəladə hallar orqanlarının institusional bazasının yaradılmasında xüsusi rol oynayıb. Ombudsmanın fikrincə, Heydər Əliyevin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində strateji yanaşma formalaşdırılıb.

Konfrans ərzində davam edən panel çıxışlarda Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov fikirlərini səsləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu Heydər Əliyevin geniş islahatları sayəsində reallaşıb.

Deputat Aydın Mirzəzadə xatırladıb ki, 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ölüm cəzası ləğv edilib. Onun fikrincə, bu, insanların yaşamaq hüququnun təmini baxımından mühüm addım hesab edilib.

Konfransda həmçinin vurğulanıb ki, ulu öndərin təşəbbüsü ilə amnistiya aktlarının tətbiqi və əfv institutunun bərpası yüzminlərlə insanın cəzadan azad edilməsi ilə nəticələnib.

Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see247

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see235

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see180

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see174

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see160

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see150

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see149

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see124

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri