Icma.az
close
up
RU
FHN: Xətai rayonunda sürüşmə ərazisində istinad divarı tikiləcək

FHN: Xətai rayonunda sürüşmə ərazisində istinad divarı tikiləcək

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində sürüşmə prosesi baş verib”.

Bizimyol.info xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.

Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.

Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Sürüşmə nəticəsində ərazidə park edilmiş 3 avtomobilə ciddi ziyan dəyib.

Sürüşmə nəticəsində yaşayış binaları üçün hər hansı təhlükə müəyyən edilibmi?

Ərazidə təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirlər görülüb?

Yaranan sualla bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, FHN mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib: “02 avqust 2026-cı il tarixində saat 17:35 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən “AENT” MTK-ya məxsus yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş vermiş torpaq uçqunu ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli ərazi lentlə bağlanıb.

Bildiririk ki, cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulubdur.

Fövqəladə Hallar Nazirliyi yaxınlıqda yaşayan vətəndaşlardan torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamağı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməyi xahiş edir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri