Icma.az
close
up
RU
FHNdən əhaliyə müraciət VİDEO

FHNdən əhaliyə müraciət VİDEO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir”. 
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində bildirilib. 
Qeyd edilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur. 
 

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır: 


- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli; 
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı; 
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli; 
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli; 
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı; 
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı; 
- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı; 
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı; 
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı. Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq! 
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 
Təhlükə zamanı 112-yə zəng vurun! 

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see506

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see408

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see314

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see281

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see271

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see240

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see237

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see223

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see218

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see198

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see190

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see187

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see183

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see183

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see182

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see175

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see167

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see165

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri