FHNin mülki müdafiə kursları
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə 25-29 noyabr tarixlərində rəhbər heyətin mülki müdafiə kursları keçirilib.
Məqsəd idarə, müəssisə və təşkilatların rəhbər heyətinin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində biliklərinin artırılması, onların fövqəladə hallar zamanı rəhbərlik etdikləri qurumun şəxsi heyətinin mühafizəsi üzrə effektli idarəetmənin həyata keçirilməsi olub.
Kurslarda mərkəzi icra hakimiyyəti orqanlarından olan “Mülki Müdafiə qərargah rəisləri” və digər regional mərkəzlərin əhatə etdiyi ərazilər üzrə “Obyekt rəhbərləri” kateqoriyasından olan dinləyicilər iştirak edib.
Tədbirin sonunda dinləyicilərə kursları bitirmələri barədə sertifikatlar təqdim olunub.
XQ
Baxış sayı:137
Bu xəbər 01 Dekabr 2024 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















