FHNin qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Əvvəlcə, iştirakçılar Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbirlər Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər.
O da vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında öz sözü, siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir.
Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















