FHNnin Qazaxıstana ezam olunmuş əməkdaşı: Yaralıların ümumi sayı 29 nəfərdir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərin müalicəsi davam etdirilir. Yaralıların sayı 29 nəfərdir
BAKU.WS xəbər verir ki, bu barədə FHN-nin Qazaxıstana ezam olunmuş əməkdaşı Nigar Pənahova İTV xəbərə açıqlamasında deyib.
FHN-in Tibb Mərkəzinin həkimi qeyd edib ki, Azərbaycandan Qazaxıstana göndərilən psixoloqlar zərərçəkmiş vətəndaşlarımıza psixoloji dəstək göstərir.
Xatırladaq ki, 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Çeçenistanın paytaxtı Qroznıda duman səbəbindən təyyarə enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.
Təyyarədə 67 nəfər olub. Qəza nəticəsində 32 nəfər sağ qalıb.
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















