Icma.az
close
up
RU
FIBAAnın akkreditasiya sertifikatları UNECə təqdim olunub FOTOLAR

FIBAAnın akkreditasiya sertifikatları UNECə təqdim olunub FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”, “Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiyasını qazanıb.

"Unikal" xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, FIBAA-nın icraçı direktoru Diane Freiberger, nümayəndə heyəti və universitet əməkdaşları iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov universitetin beynəlxalq akkreditasiyasının qazanmasının çox qürur verici bir hal olduğunu bildirib. Ədalət Muradov bu uğurun önəmindən danışaraq, universitet təhsilinin beynəlxalq keyfiyyət standartlarına uyğun olduğunu vurğulayıb. O, həmçinin magistratura proqramlarının 5 il müddətinə və şərtsiz akkreditasiya olunduğunu qeyd edib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bu nailiyyətin təqdirəlayiq olduğunu qeyd edərək, universitet üçün beynəlxalq təcrübə qazandırdığını vurğulamışdır. Ü.Səttarova FIBAA-nın rəhbərliyi tərəfindən sertifikatın rəsmi şəkildə təqdim olunmasının UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi prosesində uğurlu addım olduğunu, FIBAA-nın universiteti dəstəklədiyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu beynəlxalq akkreditasiyanın önəmindən danışaraq, UNEC-in akkreditasiya prosesində daha da inkişaf etdiyini, beynəlmiləlləşməsini vurğulayıb. T.Əhmədov Agentliklə universitetin əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

FIBAA-nın icraçı direktoru Diane Freiberger təqdimatla çıxış edərək, ENQA-nın üzvü, ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA haqqında məlumat verib.  Bildirib ki, FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə 1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.

Sonda isə FIBAA-nın icraçı direktoru beynəlxalq sertifikatları UNEC-in rektoru professor Ədalət Muradova təqdim edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri