Fidan açıqladı: Bu, türk dünyasını daha güclü edir
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Geostrateji dəyişikliklər hər yerdə olduğu kimi, türk dünyasına da təsir edir. Bununla belə Türk Dövlətləri Təşkilatının getdikcə artan institusional strukturu və koordinasiyalı fəaliyyəti bizi böhranlara qarşı daha dayanıqlı edir. Bu birlikdə tutduğumuz ortaq struktur xarakterli mövqeyin nəticəsidir.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Güclü dövlətlər birləşdikdə daha güclü bir quruluş yaranır. Ona görə də indiki yolumuza davam etdiyimiz müddətcə qlobal böhranlara daha dözümlü türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz Qəbələdə bu məsələləri müzakirə edəcəklər”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















