Fidan Arakçıya sözünü dedi: Səhv edən Əsəddir!
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran XİN başçısı Abbas Arakçı ilə birgə mətbuat konfransında Suriyada son günlərdə baş verən proseslər haqqında danışarkən deyib.
“Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır. Biz hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləmişik. Son hadisələr bir daha göstərir ki, rəsmi Dəməşq öz xalqı və qanuni müxalifətlə kompromis əldə etməlidir. Türkiyə və İranın səyləri Suriya üçün həyati əhəmiyyət kəsb edir. Yeni Astana prosesi həyata keçiriləcək.”, - Fidan bildirib.
Qeyd edək ki, Arakçı Bəşər Əsədlə görüşəndən sonra Dəməşqdən birbaşa Ankaraya gedib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















