Icma.az
close
up
RU
Fidan Cəfərova: Bəzən qalib gəlmək üçün şans da səninlə olmalıdır

Fidan Cəfərova: Bəzən qalib gəlmək üçün şans da səninlə olmalıdır

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Litva millisi doğma meydanda oynayırdı ki, bu da onlar üçün üstünlük idi. Buna baxmayaraq matça yaxşı hazırlaşaraq, istədiyimiz nəticəni əldə edə bildik". Bu sözləri Sport24.az-a açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Fidan Cəfərova deyib.
Yığmamızın üzvü UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro ilə oyun (1:1) haqqında da fikirlərini bölüşüb:
"Monteneqro ilə oyun barədə onu deyə bilərəm ki, onlar əvvəlki turda istirahət etdiklərindən funksional cəhətdən bizdən üstün idilər. Doğma meydan amili də rəqibin işinə yarayırdı. Bütün bunlara baxmayaraq, özümüzə inanırdıq".

Cəfərova komandanın Monteneqro ilə görüşə müəyyən itkilərlə çıxdığını vurğulayıb:
"Bildiyiniz kimi, əsas heyətin bəzi üzvləri müxtəlif səbəblərdən yox idi ki, bu da işimizi çətinləşdirirdi. Məqsədimiz qələbə qazanıb qrup liderliyini təmin etmək idi. Oyun üstünlüyü bizdə idi, hesabı açan tərəf də biz olduq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik, rəqib penalti ilə tarazlığı bərpa etdi. Bəzən qalib gəlmək üçün şans da səninlə olmalıdır. Amma ruhdan düşmürük. Sonuncu oyunumuzu Litva ilə Bakıda oynayacağıq. Komanda olaraq bu oyunda daha yaxşı nəticə qazanacağımıza, aradakı 1 top fərqini xeyrimizə çevirəcəyimizə inanırıq. Azarkeşlərimizi bizi dəstək olmağa çağırırıq. Onların çox olmağı bizim üçün əlavə motivasiyadır".
Qeyd edək ki, C liqası 4-cü qrupunun son səfər görüşündə Monteneqro ilə qarşılaşan millimiz qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurublar. Millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri