Fidan: İsrailin siyasəti ilə sülh mümkün olmayacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə İsraili danışıqlar prosesini sabotaj etməkdə ittiham edir.
Modern.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Yaxın Şərqdə aparılan danışıqlara mane olmağa çalışdığını bildirib.
Nazir qeyd edib ki, bu cür cəhdlərə qarşı ayıq olmaq və sağlam düşüncə ilə yanaşmaq vacibdir:
“Beynəlxalq ictimaiyyət İsrail tərəfindən mümkün sabotaj aktlarına qarşı diqqətli olmalı və buna uyğun cavab verməyə hazır olmalıdır”.
Fidan vurğulayıb ki, İsrailin ekspansionist siyasəti davam etdikcə regionda davamlı sülh və sabitlik mümkün olmayacaq:
“Beynəlxalq ictimaiyyət anlamalıdır ki, İsrailin regiona geosiyasi ambisiyalarını zorla qəbul etdirməsinə imkan verilməməlidir”.
Nazirin sözlərinə görə, İsrail Qəzzada tətbiq etdiyi hərbi siyasəti indi Livanda davam etdirir:
“İsrailin Livanda davam edən hücumları, o cümlədən mülki əhaliyə qarşı həyata keçirilən əməliyyatlar yüzlərlə insanın ölümünə səbəb olur və regionu daha dərin humanitar böhrana sürükləyir. Livanda işğalın dayandırılması və mülki əhalinin qorunması prioritetdir”, – deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 09 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















