Icma.az
close
up
RU
Fidan Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşünə ümid etdiyini bildirib

Fidan Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşünə ümid etdiyini bildirib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya, ABŞ və Ukrayna liderlərinin İstanbulda tez bir zamanda görüşünə ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Fidan İstanbulda keçirdiyi mətbuat konfransında iyulun 23-də Çırağan sarayında Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini şərh edərkən bildirib.

"Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək. İnanıram ki, hər üç lider İstanbulda prezidentimizin rəhbərliyi altında bir araya gələcək", - deyə nazir qeyd edib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, danışıqların gündəliyində liderlərin mümkün görüşü məsələsi var idi. “Rusiya və Ukrayna İstanbulda mümkün görüş məsələsi ilə bağlı xoşməramlı olduqlarını bildirirlər. Prezidentimiz həqiqətən də sammitin keçirilə biləcəyinə inanır, bu prosesi bir qədər də sürətləndirmək istəyir. Amma belə bir görüş üçün nümayəndə heyəti səviyyəsində irəliləyiş lazımdır”, - deyə Fidan qeyd edib.

İyulun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla İstanbulda Ukrayna üzrə görüşün mümkünlüyü barədə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Tam iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər.

Geniş tərkibli danışıqlar təxminən 40 dəqiqə davam edib, bu zaman tərəflər memorandum layihələrində nəzərdə tutulan mövqeləri müzakirə ediblər. Görüşün yekununda tərəflər təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəliblər.

Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələləri həll etmək üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib.

Bundan əlavə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin daha 3000 hərbçisinin cəsədini təhvil verməyi, həmçinin yaralıların və ölənlərin cəsədlərinin toplanması üçün cəbhə xəttində qısa humanitar fasilələrə qayıtmağı təklif edib.

Medinski bildirib ki, danışıqların dördüncü raundu ilə bağlı qərar yeni razılaşmalar həyata keçirildikdən sonra veriləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 İyul 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri