Fidan: Türkiyə ABŞ ilə CAATSA sanksiyalarının ləğvini və S 400 məsələsini müzakirə edir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə ABŞ ilə CAATSA sanksiyalarının ləğvi və S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həlli istiqamətində danışıqlar aparır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib.
“Bildiyiniz kimi, CAATSA sanksiyaları xüsusilə müdafiə sənayesi sahəsində qarşımızda maneədir. Biz bunu aradan qaldırmağa çalışırıq. Buna səbəb olan S-400 məsələsinin həlli üçün də müəyyən yaradıcı ideyalar var”, – Fidan deyib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, tərəflər qarşılıqlı xoş niyyət əsasında müəyyən həll variantlarını həyata keçirməyə çalışırlar.
“Ümid edirəm ki, bu istiqamətdə müsbət addımlar atacağıq”, – o əlavə edib.
Türkiyə 2017-ci ildə Rusiyadan ümumi dəyəri 2,5 milyard dollar olan dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” müqavilə üzrə tədarükün tamamlandığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Sentyabr 2026 02:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















