Icma.az
close
up
RU
FIDE İddiaçılar turnirinə seçim qaydalarını dəyişir İdman və Biz

FIDE İddiaçılar turnirinə seçim qaydalarını dəyişir İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"FIDE Circuit 2025" reqlamentinə bir sıra dəyişikliklər etməyi planlaşdırılır.

İdman.biz xəbər verir ki, hazırda bu, şahmatçıların mövsümboyu göstərdikləri nəticələrə görə xalların verildiyi reytinqdir və 2024-cü və 2025-ci illərin ən yaxşı şahmatçıları İddiaçılar turnirində oynamaq imkanı qazanacaqlar.

Birinci ilin təsnifatına əsasən, FIDE xalların verilməsində dəyişikliklər etməyi və iştirakçılar arasında rəqabəti gücləndirməyi planlaşdırır. Birinci yenilik dairəvi sistemli turnirlərdə "Circuit" xalı qazanmaq hüququ olan oyunçuların sayındakı dəyişikliklə bağlıdır.

10-dan az iştirakçısı olan turnirlərdə xalları yenə də ilk üç yeri tutanlar qazanacaq.

10-12 iştirakçının qatıldığı dairəvi turnirlərdə ən yaxşı "dördlüy"ə xallar veriləcək.

12-dən çox şahmatçının qatıldığı turnirlərdə ilk beş yeri tutan qrossmeysterlər xal alacaqlar.

Bu dəyişikliklər daha uzun turnirlərdə daha çox oyunçuya xal verməklə onların dəyərini daha yaxşı əks etdirmək məqsədi daşıyır. Bu, daha böyük turnirlərin ədalətli şəkildə qiymətləndirilməsini təmin edir.

Digər məqam isə iki dövrəli superturnirlərdə iştirak hüququ ilə bağlıdır.

Ən azı 6 iştirakçısı və orta ELO reytinqi 2700 olan yarışlar da "Circuit" xalı alacaqlar.

Bu dəyişiklik elit oyunçuların mütəmadi iştirak etdiyi və FIDE təqvimində əsas hadisələr olan nüfuzlu superturnirlərin əhəmiyyətini qəbul edir.

Digər dəyişiklik eyni gündə bir neçə turu olan turnirlər üçün xalların azaldılmasıdır.

"FIDE Circuit 2025" reqlamentinin yekun variantının yaxın günlərdə FIDE Şurası tərəfindən təsdiqlənməsi və 2024-cü il dekabrın 31-dək dərc olunması gözlənilir.

Fabiano Karuana hazırkı "FIDE Circuit"da liderdir. Amerikalı 130,42 xal toplayıb. Hindistanlı Arcun Eriqaisi Hindistan 124,40 xalla ikinci yeri tutur. İlk "üçlüy"ü özbək Nodirbek Abdusattorov 108,49 xalla tamamlayır.

Qeyd edək ki, bundan əvvəlki dövrdə yalnız bir şahmatçı "FIDE Circuit" vasitəsilə iddiaçılar turnirinə vəsiqə qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri