FİF in rəhbərliyi Qazax və Ağstafaya səfər edib
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər ediblər. Sport24.az xəbər verir ki, bu barədə FİF-in mətbaut xidməti məlumat yayıb.
Səfər zamanı hər iki bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub.
FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. İcra başçısına fondun regionda gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib.
Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə "Ağstafa Gəncləri" və "Göyəzən" futbol klublarına təmənnasız bağışlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















