Tramp vaxtından əvvəl gedə bilər
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Amerika tarixində Tramp kimi məsuliyyətsiz prezident olmayıb. Onun fəaliyyəti təkcə riskləri artırmır, həm də ABŞ-nin beynəlxalq imicinə ciddi zərər vurur”.
Bunu politoloq Azad Məsiyev ABŞ-də keçirilən seçkilərin nəticələrini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-də keçirilən seçkilərin nəticələri təkcə Amerika cəmiyyətinə deyil, dünyada baş verən siyasi, iqtisadi və ictimai proseslərə də təsir göstərir. Çünki ABŞ qlobal güc mərkəzi kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.
Politoloq hesab edir ki, Respublikaçılar Partiyasının seçkilərdə uğursuzluğu Donald Trampın yürütdüyü siyasətlə birbaşa bağlıdır. Trampın xarici siyasəti daxili siyasi proseslərə də təsir göstərir və beynəlxalq müstəvidə yaratdığı gərginlik Amerika cəmiyyətində narazılığa səbəb olur.
A.Məsiyev bildirib ki, Respublikaçılar Partiyası seçkilərin nəticələrindən ciddi nəticə çıxarmalı və gələcək strategiyasına yenidən baxmalıdır. Partiyada kifayət qədər dövlətçilik təcrübəsinə və ictimai-siyasi nüfuza malik şəxslər var və partiyanın gələcək fəaliyyəti yalnız Trampın siyasi xətti üzərində qurulmamalıdır.
Politoloq demokratların Konqresin hər iki palatasında – Senatda və Nümayəndələr Palatasında çoxluq əldə etməsinin Trampın siyasətinə təsir göstərəcəyini düşünür. Bu vəziyyət prezidentin fəaliyyətinə nəzarətin güclənməsinə, bir sıra qərarlarla bağlı hesabatlılıq tələblərinin artmasına səbəb ola bilər:
"Trampın seçkilərdən sonra demokratlarla əməkdaşlığa hazır olduğunu bildirməsi də onun əvvəlki siyasi mövqeyindən geri çəkildiyini göstərir.
Tramp administrasiyasının ABŞ-nin İran və Venesuela siyasəti beynəlxalq münasibətlərdə ciddi gərginlik yaradır.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları siyasi baxımdan gözlənilən nəticəni vermədi. Tramp İranla bağlı siyasətini davam etdirmək üçün Tehranı müxtəlif razılaşmalara sövq etməyə çalışır, lakin İran öz dövlət və milli maraqlarını əsas götürərək bu təzyiqlərə boyun əymir".
.jpg)
Azad Məsiyev: ABŞ-nin İran və Venesuela siyasəti beynəlxalq münasibətlərdə ciddi gərginlik yaradır
Onun fikrincə, Venesuelada narkotiklərlə mübarizə adı altında həyata keçirilən siyasət də ABŞ-nin ölkənin neft ehtiyatlarına marağını üzə çıxarır. A.Məsiyev Trampın İran əməliyyatlarına xərclənən vəsaitin Venesueladan əldə edildiyi barədə açıqlamasını bu siyasətin göstəricisi kimi qiymətləndirib.
Politoloq əlavə edib ki, Trampın xarici siyasəti ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə də mənfi təsir göstərib. Kanada və Avropa ölkələri ilə münasibətlərdə yaranan gərginlik, eləcə də NATO müttəfiqlərinin İran əməliyyatlarına dəstək verməməsi Vaşinqtonun beynəlxalq mövqeyinə təsirsiz ötüşməyib.
Müsahibimiz hesab edir ki, demokratlar Konqresdə üstünlük əldə etdikdən sonra Tramp administrasiyasından müxtəlif məsələlərlə bağlı hesabat tələb edəcək, prezidentin qərarlarına qarşı siyasi təzyiqlər artacaq. Bu proseslərin nəticəsində impiçment məsələsinin də yenidən gündəmə gəlməsi mümkündür.
O, ABŞ-də yaxın iki il ərzində həm daxili, həm də xarici siyasət sahəsində ciddi siyasi qarşıdurmaların yaşanacağını proqnozlaşdırıb.
Politoloq sonda Trampın yürütdüyü siyasətə görə vəzifəsini nəzərdə tutulan müddətdən əvvəl tərk edə biləcəyini istisna etməyib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















