Sabah Azərbaycanda güclü külək əsəcək XƏBƏRDARLIQ
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşam saatlarından 6-sı səhərədək Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq paytaxtda və Abşeron yarımadasında, eləcə də Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.
Sarı xəbərdarlıq elan edilən Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.
Baxış sayı:96
Bu xəbər 04 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















