FİFA prezidentinin 30 milyon dollar maaş arzusu reallaşmadı
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FİFA prezidenti Canni İnfantino maaşını ildə 30 milyon dollara qədər artırmağa ümid edirdi. Sport24.az "The Times" qəzetinə istinadən xəbər verir ki, "FIFA Forward Enterprise" layihəsi uğurlu olsaydı, funksioner istəyinə çatacaqdı. İnfantino həmçinin təşkilata rəhbərlik etdiyinə görə bonuslar alacağını gözləyirdi.
Yeni struktur FİFA-nın kommersiya fəaliyyətini və turnir təşkilatçılığını birləşdirmək üçün nəzərdə tutulmuşdu. Lakin təşəbbüs rəsmilər, federasiyalar və digər müvafiq təşkilatlar tərəfindən geniş tənqidlə üzləşdi.
Hətta jurnalist Romain Molina İnfantinonun təşkilat daxilində dəstəyin itirilməsi səbəbindən istefa vermə ehtimalının olduğunu bildirdi. Nəticədə, FİFA prezidenti dünya çempionatının hüquqlarının özəl investorlara satmaq planından imtina etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 03 Avqust 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















