FİFA təsdiqləyib Azərbaycan 4cü səbətdə FOTO İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
FİFA 2026-ci ildə keçiriləcək dünya çempionatının UEFA zonasında seçmə mərhələsinin püşkatma qaydalarını təsdiqləyib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması gözlənildiyi kimi 4-cü səbətdə yer alıb.
Reqlamentə görə, 54 komanda seçmə mərhələ 12 qrupda mübarizə aparacaq. 6 qrupda beş, digər 6 qrupda dörd yığma çıxış edəcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yer sahibləri Millətlər Liqasından gələcək 4 komanda ilə pley-offda yarışacaq. Son 4 vəsiqə də burada sahibini tapacaq.
Dekabrın 13-də İsveçrənin Sürix şəhərində baş tutacaq püşkatma mərasimi saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Rusiya yığması püşkatmadan kənarda qalıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycan millisi 4cü səbətdə FİFA açıqladı
28 Noyabr 2024 22:49
525ci qəzet Azərbaycan millisi 4cü səbətdə FİFA açıqladı
28 Noyabr 2024 23:23
DÇ2026nın səbətləri: Millimiz 4cü səbətdə İdman və Biz
20 Noyabr 2024 12:23
Azərbaycan FİFA reytinqində mövqeyini qoruyub İdman və Biz
19 Dekabr 2024 13:00
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















