Icma.az
close
up
RU
Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir”

Fikonun Kiyevə təhdidləri: “Avropa ona təzyiq etməlidir”

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Politoloq: “Slovakiya bir Avropa dövləti olaraq Avropa İttifaqının sanksiya tətbiq etdiyi bütün standartlara əməl etməlidir”

“Ukraynanın Avropaya qaz nəqlini dayandırması fonunda Slovakiyanın Baş naziri Robert Fiko Kiyevə qarşı bir sıra təhdid xarakterli bəyanatlar verib. Birincisi, o, Slovakiyanın Rusiya qazının tədarükünün dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisinin verilməsini dayandıracağını bildirib. Bununla belə, Polşa Ukraynanın enerji sektorunda problemlər yaranacağı təqdirdə tələb fərqini ödəyəcəyini vəd edir. Yəni bu məsələni Slovakiyasız da həll etmək olar. Və bu halda kimin vəziyyətinin pisləşdiyi bəlli deyil - Ukrayna, yoxsa Slovakiyanın özünün”. Bu sözləri Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi, politoloq Petr Oleşçuk yazdığı analitik məqaləsində qeyd edib.

Politoloq hesab edir ki, Ukrayna Avropa İttifaqında alternativ yollar tapacaq: “Fiko isə pul xərcləyib elektrik enerjisi istehsalçılarına niyə az alacaqlarını izah edəcək”.

“İkincisi,  Slovakiyanın Baş naziri bildirib ki, onun partiyası Ukraynanın Rusiya qazının tranzitini dayandırmasına cavab olaraq, Slovakiya ərazisində olan ukraynalılara yardımın azaldılmasını dəstəkləməyə hazırdır. Bu blef ola bilərmi? Tamamilə mümkündür ki, bəli. Çox güman ki, Fiko tədricən bəzi məhdudiyyətlər tətbiq etməyə çalışacaq. Yəni onların sözlərini dəstəkləmək üçün müəyyən cəhdlər olacaq. Amma Slovakiyanın özündə də Fikoya müəyyən siyasi suallar var. Məsələn, koalisiyaya daxil olan partiyalardan birinə rəhbərlik edən ölkə Prezidenti Piter Pelleqrini bəyan edib ki, Fikonun Moskvaya səfəri faktı araşdırma tələb edir. Bundan əlavə, müxalifət siyasətçiləri artıq Slovakiya Prokurorluğuna bu səfərin araşdırılması ilə bağlı şikayətlər ediblər. Ona görə də nəticə çıxarmağa tələsməzdim. Düşünürəm ki, ona da daxili siyasi təzyiqlər olacaq”, - Olşeşçuk hesab edir.

Analitik bildirib ki, Avropa İttifaqının Fikoya təzyiq göstərə biləcəyini də gözləmək olar: “Burada sual bunun nə qədər vaxt aparacağıdır. Axı bir tərəfdən, Slovakiya bəzi istəklərində tək deyil, çünki onun Macarıstanın Baş naziri Viktor Orbanın simasında müttəfiqi var. Digər tərəfdən, Slovakiya “vakuumda” fəaliyyət göstərmir. Ona görə də ona təsir etməyin yollarını tapmaq mümkündür”.

“Bunu nəzərə alaraq, Slovakiya müvafiq qərarlar qəbul edərsə, Ukraynanın nə etməli olduğu sualı yaranır. Fikrimcə, Kiyev Slovakiya liderinin bəyanatlarının Avropanın ümumi siyasətinə zidd olması barədə müraciət etməlidir. Slovakiya bir Avropa dövləti olaraq Avropa İttifaqının sanksiya tətbiq etdiyi bütün standartlara əməl etməlidir. Və buna uyğun olaraq Ukrayna öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün Avropa institutlarına müraciət etməlidir”, - politoloq bildirib.

Oleşçuk hesab edir ki, yardım ləğv edilərsə, ukraynalıların Slovakiyanı tərk etməyə başlayıb-başlamayacağı sualı açıq qalır: “Amma ümumilikdə Şərqi Avropa ölkələrinə gedən ukraynalıların tədricən daha da qərbə doğru getməsi tendensiyası var. Buna görə də, ümumilikdə biz qorxulu heç nə görməyəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Yanvar 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri