Filippin raket sistemlərinin tədarükünə dair ABŞla danışıqlar aparır AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 dekabr, AZƏRTAC
Filippinın hakimiyyət orqanları ABŞ-dan orta mənzilli raket sistemlərinin alınması ilə bağlı Vaşinqtonla danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, “CBN News” telekanalı bu barədə Filippin ordusunun komandanı Roy Qalidoya istinadla məlumat yayıb.
Roy Qalido Manilanın almağa hazırlaşdığı raket komplekslərinin dəqiq sayını və növünü açıqlamasa da, ABŞ Konqresi tərəfindən təsdiqləndikdən sonra tədarükün azı iki il çəkəcəyini bildirib. O, həmçinin belə silahların Filippində yerləşdirilməsinin regional təhlükəsizlik və sabitliyə təhlükə yaratdığını iddia edən Çinin narahatlığını da rədd edib.
Bir müddət öncə, Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Romeo Brauner Manilanın ABŞ-ın ortamənzilli “Typhon” raket sistemlərini daimi olaraq ölkədə yerləşdirməkdə maraqlı olduğunu demişdi.
Qeyd edək ki, 2024-cü ilin aprelində ABŞ-ın müvəqqəti olaraq Luson adasının şimalında yerləşdirdiyi “Typhon” batareyaları həm Çin sahillərindəki, həm də Şərqi və Cənubi Çin dənizlərindəki hədəfləri vura bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















