Filmə görə 28 kq kökəldi, Həccə getdi, xain adlandırıldı, çimməkdən imtina etdi Amir Xan kimdir?
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Tam adı Məhəmməd Əmir Hüseyn Xan olan məşhur hind aktyoru 14 mart 1965-ci ildə Bombeydə film prodüseri Tahir Hüseyn və Zinat Hüseynin ailəsində anadan olub. Ailəsinin kökləri Əfqanıstandakı Heratdan gəlir. Onun bir neçə qohumu hind film sənayesinin üzvləri idi.
Ölkə.Az Amir Khan haqqında maraqlı faktları təqdim edir:
Amir Xan ilk dəfə 7 yaşında əmisi Nassir Hüseynin "Yaadon Ki Baraat" filmində çəkilib. Yeniyetməlik illərində o, 40 dəqiqəlik "Paranoyya" adlı səssiz ekran işində rol alıb və bu onun aktyorluq peşəsini ciddi bir iş kimi davam etdirməyə marağını artırıb. Daha sonra o, "Avatar" adlı teatr qrupuna qoşulub və orada tamaşalar üzərində işləyib və səhnə arxasında təcrübə qazanıb.
Amir Xanın valideynləri əvvəlcə onun aktyorluq və ya əyləncə sənayesində karyera qurmaq istəyinə qarşı çıxıblar. Atası üzləşdikləri maddi çətinliklərə görə, onun mühəndis və ya həkim olmağını üstün tuturdu.
Amir Xan oynadığı hər rola dəqiq yanaşmasına görə tez-tez “Cənab perfeksionist” kimi qəbul edilir. O, hər detalın mükəmməl olmasını istəyir və özünü bütün qəlbi ilə ssenariyə həsr edirdi
2016-cı ildə nümayiş olunan "Danqal" filmindəki rolu üçün Amir əvvəlcə 28 kilo kökəlib, daha sonra isə eyni filmə görə 20 kq arıqlayıb.
Rejissor Amir Xana çəkili olduğu rol üçün bədən kostyumundan istifadə etməyi təklif etsə də, aktyor bundan imtina edib. Hətta personajının obrazını daha inandırıcı etmək üçün "Raja Hindustani" filminin çəkiliş meydançalarında vodka da içib.
Amir Xan karyerası boyu 40-a yaxın filmdə rol alıb. Onun ən məşhur filmlərinə “3 Idiot”, PK, “Dangal”, “Lagaan”, “sevən ürək” daxildit.
Bollivudun cənab perfeksionisti adlanmasına baxmayaraq Amir çimməyi heç sevmir. Keçmiş həyat yoldaşı Kiran Rao bunu qatıldığı bir verilişdə açıqlayıb. O, Amirin yalnız çox zəruri olduqda çimdiyini deyib. Amir Xanın 1998-ci ildə çəkilmiş "Qulam" filmindəki döyüş səhnələri olduqca uzun idi. Deyilənə görə, makiyajının eyni cür qalmasını istədiyi üçün çəkilişlər boyunca o, 12 gün çimməyib.
Amir xanın qəribə xüsusiyyətlərindən biri də onun yemək pozğunluğunun olmasıdır. Yaxınları deyir ki, aktyor ya ciddi rejimdə pəhriz saxlayır, ya da süfrədə nə varsa silib-süpürür. O həmçinin yüksək səsli musiqiyə nifrət edir .
Amir Xan xilafət Hərəkatında azadlıq uğrunda mübarizə aparan və Hindistanın ilk təhsil naziri olan Mövlana Əbdül Kəlam Azadın qohumudur.
Çox az adam bilir ki, Amir Xan aktyor olmazdan əvvəl tennisçi olub. O, bir çox ştatda səviyyəli çempionatlarda iştirak edib və eyni zamanda çempion olub.
Onunla bağlı maraqlı faktlardan biri də həmkarı Salman Xanla aralarındakı problemdir. Belə ki, Amir Xan "Andaz Apna Apna" filminin çəkilişlərində Salman Xana qəzəblənib. Səbəbi isə Amir həmişə çox dəqiq, Salmanın isə tez-tez çəkiliş meydançasına gecikməsi idi.
Rolları üçün özünü fəda edən Amir Xan “PK” filmində canlandırdığı yadplanetli rolunu yaxşı alındırmaq üçün 100 paan çeynəyib.
Çünki acılı paan yeyən insanların danışığı bir az ağır və fərqli səslənir, dodaq və çənə hərəkətləri dəyişir.
Amir Xan Rubik Kubunu həll etməkdə mütəxəssisdir. Bir dəfə tamaşaçı ilə dolu salonda 36 saniyədə Rubik Kubunu həll edərək hər kəsi təəccübləndirib.
Bir çox məşhurdan fərqli olaraq, Amirin Hindistandan kənarda heç bir əmlakı yoxdur. Deyilənə görə, onun Mumbayda üç evi var.
Karyerası boyu çox sayda mükafata layiq görülən Amir Xan Hindistanın Padma Şri Padma Bhuşan kimi yüksək mükafatlarını da alıb. Bununla belə Xan Hindistan film mərasimlərində iştirak etməkdən və ya mükafatları qəbul etməkdən imtina etməsi ilə tanınır.
2015-ci ildə Amir Xan, Hindistanda müsəlmanlara və ziyalılara qarşı zorakı hücumlardan narazılığını ifadə edib və ölkənin hakim Bharatiya Janata Partiyasını tənqid edib. O qeyd edib ki, ailəsi üçün qənarahat olan hindu həyat yoldaşı Rao ona "Hindistandan köçməyi" təklif edib. Aktyorun bu sözləri ölkə səviyyəsində qalmaqal yaradıb.
Hakim partiya Xanı qorxutmaq üçün sosial şəbəkələr vasitəsilə onun əleyhinə kampaniya başladıb. Aktyora qarşı narazılıqlar böyüyüb və hətta onun çəkdiyi “Danqal” filmini də boykot ediblər. Radikal millətçi qruplar çıxışlarına görə Amir Xanı “vətən xaini” adlandırıb. O isə Hindistanda doğulduğunu və Hindistanda öləcəyini" və medianın sözlərini manipulyasiya etdiyini deyib.
Məşhur aktyor 2 dəfə ailə həyatı qurub. O ilk dəfə 1986-cı ildə "Qayamat Se Qayamat Tak" filmində kiçik rol oynayan Rina Dutta ilə evlənib. Cütlüyün bu izdivacdan 2 övladı dünyaya gəlib.
İkinci dəfə isə köməkçi rejissor olmuş Kiran Rao ilə evlənib və bir oğlu doğulub.
Dindar bir müsəlman olan Amir Xan 2013-cü ildə anası Zinat ilə birlikdə həccə gedib. Amir Xan tez-tez vurğulayır ki, dinindən asılı olmayaraq insanlıq və tolerantlıq onun üçün əsas dəyərlərdir və filmlərində də bu mövzulara yer verir.
O, həmçinin geniş xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















