Icma.az
close
up
RU
Sabiq deputat: Bu, Ermənistana da bir mesajdır

Sabiq deputat: Bu, Ermənistana da bir mesajdır

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Noyabrın 28-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında Qəbələdə görüş baş tutdu. Bu görüş zamanı digər məsələlərlə yanaşı, Azərbaycandan neft məhsullarının Ermənistana ixracı məsələsi də müzakirə olundu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Azərbaycan sülh ritorikasında tam səmimidir:
“Regionda əməkdaşlığın, iqtisadi layihələrin və kommunikasiyaların açılmasının həm təşəbbüskarı, həm də səmimi şəkildə icraçısıdır. Dövlətimizin mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan və onun rəhbərliyi Cənubi Qafqaz regionunda təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinə son dərəcə həssas yanaşır. Bu yanaşma isə regionun sabit və firavan gələcəyi üçün əsas şərtlərdəndir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra sülh gündəliyini irəli sürdü və bu istiqamətdə ardıcıl addımlar atır. Bu baxımdan Azərbaycanın indiki mövqeyi təkcə öz maraqlarına deyil, ümumilikdə region xalqlarının rifahına xidmət edir”. 
O deyib ki, ikitərəfli münasibətlərin normallaşdırılması baxımından iqtisadi layihələrin reallaşdırılması, kommunikasiyaların açılması çox mühüm göstəricidir:
“Artıq Azərbaycan öz ərazisindən Ermənistana malların çatdırılması üçün praktiki tranzit imkanları yaratmışdır. Rusiyadan buğda, ardınca Qazaxıstandan taxıl Ermənistana Azərbaycan ərazisindən keçməklə çatdırılıb. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda əsas nəqliyyat-logistika mərkəzlərindən biri kimi çıxış etdiyini göstərir. Dövlətimiz nümayiş etdirir ki, regionda əməkdaşlıq və sülh imkanlarından yararlanmaq istəyən bütün subyektlər bu platformadan istifadə edə bilər. Bu, eyni zamanda Ermənistana da bir mesajdır. Əgər Ermənistan sağlam məntiqə əsaslanaraq regionda formalaşan yeni əməkdaşlıq imkanlarından yararlanmaq istəsə, bu, iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri