“Filmlərin Səsləri”: “Qala Sığorta” və “Qala Həyat Sığorta”nın növbəti mədəni layihəsi FOTOLAR
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan mədəniyyəti təkcə muğam musiqisi, qədim sənətkarlıq nümunələri və memarlıq irsi ilə deyil, həm də bütöv nəsillərin vizual düşüncə tərzini formalaşdırmış zəngin kino məktəbi ilə səciyyələnir. XX əsrdə yaradılmış Azərbaycan filmləri milli yaddaşın ayrılmaz hissəsinə çevrilib. Vizual obrazlarla yanaşı, yerli kinematoqrafiyanın ən vacib elementlərindən biri hər zaman musiqi olub, melodiyalar və mahnılar dramaturgiyanı gücləndirib, emosional fon yaradıb və adi səhnələri simvolik məqamlara çevirib. Köhnə Azərbaycan filmlərinin hər bir kadrı bir dövrün sənədidir və digər mədəni dəyərlər kimi eyni həssaslıqla qorunmalıdır.
Korporativ sosial məsuliyyət siyasətinə və formalaşmış ənənələrinə sadiq qalaraq, “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri Azərbaycan incəsənətinin və mədəniyyətinin qorunması və inkişafına yönəlmiş yeni təşəbbüsləri dəstəkləməyə davam edirlər. Bu təşəbbüslərin növbəti reallaşdırılması çərçivəsində sözügedən şirkətlər artıq ikinci sərgini – bu dəfə “Filmlərin Səsləri” adlı layihəni təşkil ediblər. Sərginin açılışı 19 dekabr 2025-ci il tarixində Zaman Art Gallery yaradıcılıq məkanında baş tutub.

İncəsənətə və mədəni irsə dəstəyini nümayiş etdirən “Qala Sığorta” və “Qala Həyat Sığorta” bu layihəyə istedadlı azərbaycanlı rəssam Məryəm Kibləyevanı cəlb ediblər. Rəssam “Arşın mal alan”, “Qaynana”, “O olmasın, bu olsun” və digər klassik Azərbaycan filmlərindən fraqmentlər əsasında qrafik əsərlər yaradıb. Bunlar nəsillərin yaddaşında simvola çevrilmiş kadrlar idi. Qrafikaya köçürüldükdən sonra isə onlar yeni həyat qazanıblar.
Layihənin təşkilatçıları bu sənət nümunələrini 2026-cı il üçün buraxılan növbəti təqvimlərinə daxil ediblər. Maraqlısı odur ki, təqvimdə hər bir təsvirin yanında QR-kod yerləşdirilib. Həmin kodu skan etməklə filmdən uyğun melodiyanı dinləmək və epizodu izləmək mümkündür. Beləliklə, vizual obraz səs ilə birləşərək tamaşaçını Azərbaycan kinosunun atmosferinə qərq edir.
“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tərəfindən təşkil edilən “Filmlərin Səsləri” adlı sərginin məqsədi Azərbaycan mədəniyyətinin dəyərini, əzəmətini və zənginliyini nümayiş etdirməkdir. Bu layihə bir sənət növünə aid olan əsərlərin (kino) başqa bir sənət növü (qrafika) vasitəsilə qorunmasının parlaq nümunəsidir.
Tədbirdə çıxış edən “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərinin Direktorlar Şurasının sədri Kamal İbrahimov bildirib ki, Azərbaycanın mədəni irsinə qayğı göstərmək yalnız muzey işçilərinin və arxivçilərin peşə borcu deyil, bu, eyni zamanda ümummilli məsuliyyətdir:
“Bu sərgi isə sadəcə qrafik əsərlər toplusu deyil. Bu, qorunmuş dəyərlər haqqında sərgidir. Layihə məhz bu mövzuya – mədəni irsin qorunmasının, saxlanmasının və yenidən düşünülməsinin vacibliyinə diqqət çəkir ki, o, yeni formalarda və yeni nəsillər üçün yaşamağa davam etsin. Çünki mədəniyyəti qorumaqla biz öz kimliyimizi, səsimizi və köklərimizi qoruyuruq”.
Xatırladaq ki, 25 ildən artıq tarixə malik olan “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri öz ənənələrinə sadiq qalaraq, bu cür əhəmiyyətli layihələrin maliyyələşdirilməsini davamlı şəkildə həyata keçirirlər.

Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:“Qala Sığorta” və “Qala Həyat Sığorta” məktəblilərə dəstək aksiyası keçirib FOTOLAR
23 Sentyabr 2025 13:33
“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri forumda fəal iştirak edib FOTOLAR
15 Dekabr 2025 17:06
Qala Sığorta və Qala Həyat Sığorta Şuşada keçirilən Türk Sığorta Birliyinin Assambleyasında iştirak edib FOTOLAR
17 Sentyabr 2025 13:58
Qala Sığorta və Qala Həyat Sığorta şirkətləri timbildinq tədbiri keçirdilər
28 May 2025 13:59
“Qala Sığorta” A Qrup Sığorta nın müştərisini əlindən aldı
09 Dekabr 2025 10:53
Baxış sayı:100
Bu xəbər 23 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları