Filmlərindən milyard dollar qazanıb
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Məşhur Hollivud kinorejissoru Ceyms Kemeron filmlərinin kassa gəliri 1 milyard ABŞ dolları həddini aşan rejissorlar siyahısına daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Bildirilib ki, 71 yaşlı rejissorun filmləri 40 illik karyerası ərzində ümumilikdə 9 milyard dollar gəlir gətirib. Ceyms Kemeron bununla öz sərvətini 1,1 milyard dollar zənginləşdirməyi bacarıb.
Siyahıya ondan başqa Stiven Spilberq (7,1 milyard dollar), Corc Lukas (5,3 milyard dollar), Piter Cekson (1,7 milyard dollar) və Tayler Perri (1,4 milyard dollar) kimi məşhur rejissorlar da daxildir.
Qeyd edək ki, C. Kemeron “Terminator”, “Yadlar”, “Titanic”, “Avatar” və s. kimi məşhur filmlərin rejissorudur.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 15 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















