Finalda oynayacağımı biləndə ayrıca sevindim Zirə nin hücumçusu
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Zirə”nin hücumçusu Eren Aydının QOL.az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”la bərabərə qaldınız. Qolsuz heç-heçəni necə şərh edərdiniz?
- Matçın çətin keçəcəyini bilirdik. “Turan Tovuz” yaxşı komandadır. Təbii ki, biz də. Oyun əsasən meydanın mərkəzində keçdi. Son 25 dəqiqədə rəqib bir qədər basqılı oynadı. Əks hücumda şanslarımız var idi. Əgər son ötürmələrdə dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.
- Xüsusən də bir epizodda top sizə gəlmədi və buna çox əsəbləşdiniz.
- Bəli, o dəqiqələrdə sakit qalmalı idik. Çünki ilk oyundan sonra üstünlüyümüz var idi. Cavab matçında isə qapımızı toxunulmaz saxlamalı idik. Qol vura bilsəydik, rəqib təslim olacaqdı.
- Artıq finaldasınız. Təəssüratlarınız necədir?
- Çox sevinirəm. Həm finala çıxdığımıza görə, həm də iki sarı vərəqəyə görə əzalı duruma düşdüyümü zənn edirdim. Sonradan bildim ki, qaydalara əsasən finalda vərəqələr silinir. Bu da məni ayrıca sevindirdi.
- Finalda rəqib qismində hansı komandanı görmək istərdiniz?
- Hər iki komanda çox güclüdür, həm “Qarabağ”, həm də “Sabah”. Finalda hansı düşsə, çətin olacaq. “Sabah” çempionatda daha yaxşıdır, liderdir. “Qarabağ”ın isə zəngin təcrübəsi var. Bu cür finalları çox görüblər.
- Həftə sonu çempionatda yenidən “Turan Tovuz”la qarşılacaqsınız. Çətin Tovuz səfərindən gözləntiləriniz necədir?
- Kubokda ilk oyundakı nəticənin üstünlüyü var idi. Lakin çempionat matçında elə bir üstünlük olmayacaq. Çempionatda dördüncü pillədəki mövqeyimizi qorumalıyıq. Bu halda avrokuboklara gedəcəyimizi əminliklə söyləmək mümkündür. “Neftçi” arxadan gəlir. Onlar da bu həftə “Qarabağ”la qarşılaşacaqlar. Səfərdə alacağımız xal və xallar bizə Avropa yolunda çox kömək olacaq.
Baxış sayı:102
Bu xəbər 22 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















