Financial Times : İsrail ABŞ la yeni 10 illik müdafiə sazişinə hazırlaşır
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsrail ABŞ ilə hərbi yardım sahəsində yeni 10 illik saziş imzalamağa hazırlaşır.
APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Razılaşmaya əsasən, Vaşinqton Təl-Əvivə hər il 4 milyard dollar həcmində hərbi yardım ayırır. Mövcud memorandum 2019–2028-ci maliyyə illərini əhatə edir və ümumilikdə 38 milyard dollar məbləğində dəstəyi nəzərdə tutur. Bu məbləğə ABŞ-dan silah alışının maliyyələşdirilməsi, eləcə də raket əleyhinə müdafiə sistemləri üzrə xüsusi xərclər daxildir.
Bildirilir ki, İsrail tərəfi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə bu mövzuda danışıqlara hazırlaşır. Yeni sazişin məqsədi Amerika hərbi yardımının uzunmüddətli çərçivəsini müəyyənləşdirməkdir.
“Financial Times” yazır ki, müzakirələrin əsas məqamlarından biri gələcək dəstəyin formatı olacaq. İsrail rəhbərliyi mərhələli şəkildə birbaşa pul qrantlarından imtina etməyi nəzərdən keçirir və yardımın daha çox texnologiya, silah sistemləri və birgə müdafiə layihələri formasında təqdim olunmasını istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 27 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















