Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Neosoul ritmlər, eksperimental axtarışlar, unudulmaz klassika... Bu həftə nələri dinləyək?

Neosoul ritmlər, eksperimental axtarışlar, unudulmaz klassika... Bu həftə nələri dinləyək?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az professional musiqi dünyasının son iki həftəlik xülasəsini təqdim edir.

Jill Scott – "Beautiful People" ("Human Re Sources" / "Blues Babe Records")

Son illərdə daha çox qastrol səfərlərinə və aktyorluq karyerasına fokuslanan Filadelfiyalı R&B və soul ulduzu Cill Skott, nəhayət ki, 11 illik sükutu qırır. İfaçı yeni illə bərabər pərəstişkarlarına albom müjdəsi də verib. Fevralın 13-də işıq üzü görəcək “To Whom This May Concern” albomundan təqdim olunan ilk sinql bir qədər monoton təsir bağışlasa da, Skottun ustad vokal performansı ilə həm klassik, həm də müasir ruhu özündə birləşdirir. Mahnının həm sözlərində, həm də prodakşnında imzası olan "OmMas Kis"lə yanaşı, albomda bir çox digər nüfuzlu musiqiçilərin də dəstəyi hiss olunur. Skottun yaradıcılığı bəlkə müasir musiqi bazarının cari trendləri üçün ən “populyar” seçim deyil, lakin onun səsi estetik zövq almaq və ruhu dincəltmək üçün hər zaman əvəzsiz vasitədir.

Hey Colossus – "Cannibal Forecast" ("Wrong speed records")

Britaniya andeqraund rok səhnəsinin veteranlarından olan “Hey Colossus” nəhəng diskoqrafiyasına daha bir inci əlavə edir: "Heaven Was Wild" albomu fevralın 27-də dinləyicilərin ixtiyarına veriləcək. İllər keçdikcə yaradıcılığı daha da dərinləşən və noise elementlərini intellektual mətnlərlə sintez etməyi sevən qrup, “Cannibal Forecast” mahnısında da yüksək səsli, nəzarətsiz görünsə də, əslində riyazi dəqiqliklə hesablanmış bir xaos yaradır. Albomun relizi ərəfəsində Londonun müxtəlif nöqtələrində baş tutan eksklüziv konsertlərin görüntülərindən ibarət klip artıq yayımdadır.

3pillie – "RELAPSE PREVENTION" (DB Music)

Fosil ilə birgə ərsəyə gətirdiyi “MONO POSITION” EP-si və ötən il yayımladığı uğurlu sinqllardan sonra Doğa Ocak ("3pillie") R&B ruhlu yeni bir mini-albomla (EP) geri döndü. “WORKMAN, PT.1” ilə asta ritmli, lakin qana sürətlə sızan hipnotik bir açılış edən ifaçı, gitara lupaları və tox vuruşlarla dinləyiciyə zəngin bir yeddi dəqiqə vəd edir. Kreyq Davidin məşhur “Rise and Fall” mahnısına incə bir istinad (interpolasiya) edən bu EP-də o, atmosferik piano sədaları fonunda hip-hop, R&B və drum & bass janrları arasında ustalıqla gəzişərək pıçıldayır. "3pillie" hər zamankı kimi texniki ustalığını nümayiş etdirərkən, özünəməxsus səmimiyyətini də qoruyub saxlayır.

Elly Kace –"Pink Sky" (Müstəqil)

Elli Keys martın 3-də yayımlanacaq “The Seventh Gate” albomundan “Pink Sky” parçasını təqdim edib. O, operadan gələn güclü vokalını harmonium və Tibet kasalarının yaratdığı mistik səs atmosferində əks etdirir. Pandemiya dövründə opera karyerasına fasilə verən Keys, səsi ilə qurduğu əlaqəni yenidən kəşf edib; musiqini yas tutmaq, sağalmaq və “o biri tərəflə” təmas qurmaq vasitəsinə çevirib. Musiqiçi mahnının mahiyyətini belə izah edir: “Bu mahnı sevdiyimiz insanlarla məkan və zamanın fövqündə qurduğumuz bağların bəzən gələcəyə doğru addımlamağımızı necə çətinləşdirdiyini xatırladır”.


Luster – "Don’t need you" (Funeral Party Records)

Təxminən beş dəqiqəlik yeni “Luster” kompozisiyası, ilin ilk günlərinin gətirdiyi ümidli ab-havanı özünün “çirkli” akkordları ilə darmadağın etmək niyyətindədir. Kaliforniyalı shoegaze qrupunun əvvəlki işlərinə nisbətən daha yüksək tempi və axıcı enerjisi ilə seçilən “Don’t Need You” mahnısının miks və masterinq işləri, “Deafheaven”ın orijinal heyətində də yer almış Nik Bassettə məxsusdur.

YUNGBLUD & The Smashing Pumpkins – "Zombie" (Locomotion Recordings / Capitol)

Dördüncü albomu olan “Idols'da” yer alan və “Ən Yaxşı Rok Mahnısı” kateqoriyasında “Qremmi”yə namizəd göstərilən mahnısını remiks edən YUNGBLUD, bu layihədə əfsanəvi “Smashing Pumpkins” qrupu ilə bir araya gəlib. Maraqlıdır ki, YUNGBLUD mahnının orijinal versiyasını bəstələyərkən məhz onların “Siamese Dream” (1993) albomundan ilham alıb. “Smashing Pumpkins”in başqa bir sənətçi ilə duet şəklində ifa etdiyi ilk parça olma özəlliyini daşıyan bu əməkdaşlıq, qrupun “Gen Z” nəslinə xitab etmək cəhdi kimi görünsə də, həm qrupun öz mirasını, həm də gənc ifaçının onlara olan heyranlığını ön plana çıxarır.


Vs self, soccer – vs self / soccer (BSDJ)

Fəaliyyətini DIY ("Do it yourself") prinsipləri üzərində quran Yaponiyanın müstəqil səsyazma leyblı BSDJ, 2026-cı ilin ilk layihəsində Kaliforniya və Tokiodan olan iki skrimo (screamo) qrupunu bir araya gətirib. Hər biri 90 saniyədən qısa olan iki parçadan ibarət bu split-reliz, birnəfəsə dinlənilən, dişlərinizi sıxmaqdan çənənizdə ağrı hiss edəcəyiniz qədər gərgin və aqressiv bir təcrübə vəd edir.

Peter Gabriel – "Been Undone" (Dark-Side Mix) (Real World)

Piter Qabriel 2023-cü ildə, 21 illik fasilədən sonra "I/O" albomunu buraxanda növbəti işi üçün bu qədər çox gözləməyəcəyimizi demişdi və sözünü tutdu. "I/O" kimi 30 illik ideyaların məhsulu olan, hər mahnının "Dark" (Qaranlıq) və "Bright" (İşıqlı) tərəf remikslərini ehtiva edən və hər ay təzə ay və bütöv ay fazalarında paylaşılacaq yeni "O/I" albomunun ilk sinqlı gəldi. Bu parça Piter Qabriel-dən nə gözləyirsinizsə, onu verir. Təxminən 60 illik karyeranın xülasəsi sanki tək bir mahnıda toplanıb. Vokalı isə hələ də təsirlidir. Bu il yeni bir Qabriel mahnısı eşitmək üçün gecələr səmaya baxmaq kifayətdir.


Seretan – "Running Clouds" (Transferans)

Berlində fəaliyyət göstərən musiqiçi, səs dizayneri və prodüser Seretan (Özcan Ertek), 2025-ci ilin son günlərində lo-fi elementlərin və teksturalı yanaşmanın üstünlük təşkil etdiyi beş mahnılıq mini-albomunu (EP) təqdim etdi. Dolğun sintezator qatları və fərqli janrlar arasındakı keçidləri ilə kinematik bir atmosfer yaradan “Running Clouds” albomunun üz qabığı Fatih Yaparın imzasını daşıyır.

Space Rugs – "Altın Döngü" (UO)

Müxtəlif coğrafiyalara xas səs estetikasını və janrları sintez etməyə meyilli olan Ankaralı MC və prodüser Space Rugs ilə tanış olun. Layihənin müəllifi Nəsib Bayındırın ilk sinqlı olan “Altın Döngü” haqqındakı təsviri belədir: “Parça, kiçik, lakin mütəmadi olaraq dəyişən detallarla öz dinamikasını qoruyur. Anadolunun ruhu birbaşa motivlər üzərindən deyil, intuitiv şəkildə duyulan bir qat olaraq təzahür edir və səyahət də məhz burada başlayır”.


"Slut intent" – "Slutworld" (Müstəqil)

Minneapolisli hardcore punk və riot grrrl kollektivi “Slut Intent” yeni ili debüt albomu ilə qarşıladı. Vokalist Keti Kellinin hər mahnıda sərhədləri aşan, səs tellərinin gərginliyini iliyinizə qədər hiss etdirən ifasını qrupun digər üzvləri kəskin ritmlər və gitara riffləri ilə müşayiət edir. Siyasi mesajları ilə seçilən bu albom, qulaqlarda olduğu qədər zehinlərdə də dərin iz buraxmaq niyyətindədir.

Jane Remover – "Headbanger" (Müstəqil)

Ceyn Remover “Revengeseekerz” ilə dolu bir 2025-ci ildən sonra, Yeni il gecəsi ərəfəsində bütünlüklə öz müəllif prodakşnı olan “Headbanger” trekini SoundCloud platformasında paylaşdı. Əvvəlki işlərində qarşılaşdığımız “qlitç” elementləri ilə zəngin, hiperaktiv və qəzəb yüklü rep üslubunu yeni bir müstəviyə daşıyan “Headbanger”, saf adrenalinlə qidalanan, cilovsuz bir enerji partlayışıdır.

Rəqqasə - Əzizə Cəfərzadənin hekayəsi Yeni ildə izləyəcəyiniz 10 film Sara Aşurbəylinin xatirəsi anıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri