Icma.az
close
up
RU
Fındığın qiyməti niyə 10 ildir artmır?

Fındığın qiyməti niyə 10 ildir artmır?

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda fermerlərin ən çox şikayət etdiyi məsələlərdən biri fındığın qiymətidir. Təxminən 10 il əvvəl bəzi dövrlərdə 4-5 manata satılan fındıq bu gün də bir çox halda 3-4 manat ətrafındadır.

Bu müddətdə ərzaq, gübrə, yanacaq, əməkhaqqı və digər xərclər dəfələrlə artıb. Amma fındığın qiyməti həmin artımı izləməyib. Real qiymətlə hesablasaq, fermerin satdığı fındıq əslində xeyli ucuzlaşıb.

Sual yaranır. Niyə Azərbaycanda fındığın qiyməti artmır?

Səbəb ixrac bazarında rəqabətin zəif olmasıdır, yoxsa məsələ qlobal fındıq bazarının özündədir?

Bunun cavabını tapmaq üçün Azərbaycana yox, digər fındıq istehsal edən ölkələrə baxmaq lazımdır.

Məsələn, İtaliyada dövlətin aqrar bazar məlumatlarını toplayan ISMEA-nın göstəricilərinə görə, 2014-cü ilin noyabrında qabıqlı fındığın istehsalçı qiyməti Cuneoda 5,10 avro, Viterboda 4,95 avro, Napolidə 4,50 avro idi. 2026-cı ilin sentyabrında isə eyni bazarlarda qiymətlər təxminən 3-4,25 avro arasındadır. Yəni 12 il əvvəlki nominal qiymətdən belə yüksək deyil. Düzdür, 2014-cü il Türkiyədə məhsulun kəskin azalması səbəbindən qeyri-adi yüksək qiymət ili olmuşdu. Amma elə bu faktın özü də fındığın qiymətinin inflyasiyadan daha çox dünya üzrə məhsulun həcmi ilə müəyyənləşdiyini göstərir.

Türkiyədə də oxşar mənzərə görmək mümkündür. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-ci ildə fermer qiyməti 15,48 lirə/kq olduğu halda 2019-cu ildə 15,58 lirə idi. Yəni dörd il ərzində demək olar dəyişməmişdi. Nazirliyin öz hesablamasına görə, 2015-ci ildə bir kiloqram fındığın pulu ilə təxminən 23 kiloqram gübrə almaq mümkün idisə, 2019-cu ildə bu göstərici 13 kiloqrama düşmüşdü. Başqa sözlə, nominal qiymət dəyişməsə də, fermerin fındıqdan əldə etdiyi gəlirin alıcılıq qabiliyyəti ciddi azalmışdı.

Gürcüstan nümunəsi isə başqa baxımdan maraqlıdır. Gürcüstanın Rəqabət və İstehlakçı Agentliyinin araşdırmasına görə, 2020-2023-cü illərdə fındıq ixrac edən 65-80 şirkət olub, ən böyük beş şirkətin ümumi payı 37-47 faiz arasında dəyişib və bazarda dominant şirkətin olmadığı qənaətinə gəlinib. Buna baxmayaraq, fındığın ixrac qiyməti 2020-2022-ci illərdə aşağı düşüb. Sonrakı illərdə isə yenidən yüksəlib. 2022-ci ildə orta ixrac qiyməti 13 lari/kq olduğu halda 2024-cü ildə 17 lariyə, 2025-ci ildə 23,4 lariyə çatıb.

Deməli, burada vacib nəticə çıxır.

Rəqabətin olması fındığın qiymətinin daim artacağı anlamına gəlmir.

Fındıq beynəlxalq bazarda satılan məhsuldur və onun qiyməti əsasən dünya üzrə tələb və təklif münasibətindən formalaşır.

Bəs son 10-15 ildə bu bazarda nə dəyişib?

Tələbin yoxa çıxmasını görmürük. Əksinə, dünya fındıq ticarəti genişlənib. Beynəlxalq Quru Meyvə və Çərəz Şurasının məlumatına görə dünya fındıq ixracı ləpə ekvivalentində 2014-cü ildə təxminən 344 min ton olduğu halda 2023-cü ildə 462 min tona yüksəlib. Yəni bazar kiçilməyib.

Amma eyni zamanda təklif də çox ciddi şəkildə artıb.

Bunun ən yaxşı nümunələrindən biri elə Azərbaycandır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə Azərbaycanda fındıq bağlarının sahəsi 2015-ci ildən 2021-ci ilə qədər 47,7 min hektar artaraq 80,4 min hektara çatıb. Başqa sözlə, cəmi altı il ərzində fındıq bağlarının sahəsi iki dəfədən çox genişlənib. Hazırda ölkədə təxminən 80,6 min hektar fındıq bağı var və yeni bağların salınması davam edir.

Amma bu proses yalnız Azərbaycanda baş verməyib.

Dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə fındıq sahələri 2015-ci ildə təxminən 703 min hektardan 2023-cü ildə 747 min hektara yüksəlib. Türkiyənin özü artıq dünya bazarının böyük hissəsini təmin etdiyi üçün oradakı hətta bir neçə faizlik əlavə istehsal belə dünya təklifinə ciddi təsir göstərə bilir.

Gürcüstanda da hazırda 44-47 min hektardan çox fındıq bağı dövlət proqramlarında qeydiyyatdadır və hökumət məhsuldarlığın artırılması üçün ayrıca dəstək proqramları həyata keçirir. Yəni bazara əlavə məhsul təkcə yeni bağların salınmasından deyil, mövcud bağların məhsuldarlığının yüksəldilməsindən də gəlir.

Nəticədə dünya bazarında maraqlı vəziyyət yaranıb. Fındığa tələb var, amma istehsal və ixrac imkanları da genişlənir. Dünya bazarına daha çox məhsul çıxarıldıqca qiymətin davamlı yüksəlməsi üçün iqtisadi əsas zəifləyir.

Yəni Azərbaycanda fındığın qiymətinin uzun müddətdir artmamasının səbəbini yalnız alıcıda, ixracatçıda və ya rəqabət mühitində axtarmaq doğru nəticəyə gətirməyə bilər.

Burada əsas amillərdən biri bazarın özüdür. Təklif sürətlə genişlənib.

Bu isə artıq fermer üçün başqa bir məsələ ortaya çıxarır.

Fındıq bağı salmaq sadəcə kənd təsərrüfatı fəaliyyəti deyil. Bu, uzunmüddətli investisiyadır və hər investisiya kimi onun da bazar riski var.

Bir məhsul bir dövrdə gəlirli görünürsə və minlərlə fermer eyni vaxtda həmin məhsula yönəlirsə, bir neçə ildən sonra bazara çıxan məhsul artır və qiymət aşağı təzyiq altında qalır.

Əlqərəz, fındıqla bağlı hazırda baş verən prosesin mühüm hissəsi də elə budur.

Xüsusi qeyd edim ki, mən bu yazıda kiməsə investisiya tövsiyəsi vermirəm. Amma mövcud qlobal tendensiya və Azərbaycanda fındıq sahələrinin sürətlə artması fonunda bundan sonra da yeni fındıq bağlarının salınmasını riskli investisiya hesab edirəm. Təklif artmaqda davam edərsə, qiymətlərin yaxın illərdə ciddi yüksəlməsini gözləmək üçün də əsas azdır.

Eldəniz Əmirov

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri