Icma.az
close
up
RU
Avropa ABŞ texnologiya şirkətlərinin xidmətlərindən imtina edir AP

Avropa ABŞ texnologiya şirkətlərinin xidmətlərindən imtina edir AP

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Avropada hökumətlər və dövlət qurumları ABŞ-nin böyük texnologiya şirkətlərinin rəqəmsal xidmətlərindən asılılığı azaltmağa başlayıb.
Yeniavaz.com
“Associated Press”ə (AP) istinadən xəbər verir ki, bir sıra ölkələrdə “Zoom”, “Microsoft Teams”, “Microsoft Office” kimi məşhur platformalardan imtina edilərək yerli və ya açıq mənbəli, pulsuz alternativlərə keçid həyata keçirilir.
AP yazır ki, bu tendensiya məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar və ABŞ administrasiyasının siyasi qərarlarının texnologiya şirkətləri vasitəsilə Avropa qurumlarına təsir göstərə bilməsi qorxusu fonunda güclənir. Bu proses “rəqəmsal suverenlik” anlayışının Avropa Birliyi ölkələrində getdikcə daha çox siyasi dəstək qazanması ilə əlaqələndirilir.
Narahatlıqları artıran əsas hadisələrdən biri 2025-ci ildə ABŞ administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq etməsi olub. Haaqa şəhərində yerləşən BCM-in İsrailin baş naziri Benyamin Netanyahu barəsində həbs orderi çıxarmasından sonra qəbul edilən bu sanksiyalar nəticəsində “Microsoft” Kərim Xanın BCM-dəki elektron poçt hesabını bloklayıb.
“Microsoft” isə BCM-ə xidmətlərini heç vaxt dayandırmadığını bildirir. Şirkətin prezidenti Bred Smit Davosda CNN-ə müsahibəsində qeyd edib ki, Avropa ABŞ texnologiya sektoru üçün ən böyük bazarlardan biridir və bu münasibətlərin əsasında etibar dayanır. “Microsoft” həmçinin Avropa qanunvericiliyinə uyğun olaraq məlumatların Avropada saxlanılmasını, güclü məxfilik və təhlükəsizlik mexanizmlərini təmin etdiyini vurğulayır.
Buna baxmayaraq, Avropa ölkələrində konkret addımlar artıq atılıb.
AP-nin məlumatına görə, Fransa hökuməti 2027-ci ilə qədər 2,5 milyon dövlət qulluqçusunun “Zoom”, “Microsoft Teams”, “Webex” və “GoTo Meeting” kimi ABŞ mənşəli video konfrans platformalarından istifadəsini dayandıraraq daxili “Visio” sisteminə keçəcəyini açıqlayıb. Məqsəd ictimai elektron rabitənin təhlükəsizliyini və məxfiliyini gücləndirməkdir.
Almaniyanın Şlezviq-Holşteyn əyalətində 44 min dövlət işçisinin elektron poçt hesabları “Microsoft”dan açıq mənbəli sistemə köçürülüb, “SharePoint” isə “Nextcloud”la əvəz edilib. Əyalət həmçinin “Windows”dan “Linux”a keçidi nəzərdən keçirir.
Fransanın Lion şəhəri “Microsoft” ofis proqramlarından imtina edərək pulsuz alternativlərdən istifadə edəcəyini bəyan edib.
Danimarka hökuməti, eləcə də Kopenhagen və Orhus şəhərləri açıq mənbəli proqram təminatını sınaqdan keçirir.
Avstriya ordusu “Microsoft 365” əvəzinə “LibreOffice” proqram paketinə keçib.
“LibreOffice”in arxasında duran Almaniyanın qeyri-kommersiya təşkilatı olan “Document Foundation” bu addımları fərdi texnologiya təminatçılarından asılılığın azalması istiqamətində atılan vacib addım kimi qiymətləndirir. Təşkilatın nümayəndəsi İtalo Vignoli AP-yə bildirib ki, əvvəllər bu keçid daha çox maliyyə qənaəti kimi dəyərləndirilirdisə, indi əsas motiv azadlıq və müstəqillikdir.
“Eurasia Group”un baş geotexnologiya analitiki Nik Reyners isə hesab edir ki, rəqəmsal suverenlik ideyası Avropada getdikcə daha çox “siyasi cazibə” qazanır. Onun sözlərinə görə, əsas məqsəd Avropa ölkələrinin rəqəmsal qərarları yalnız özlərinin verməsi və xarici təzyiqlərə məruz qalmamasıdır.
Müşahidəçilər bildirirlər ki, bu proses yaxın illərdə Avropa ilə ABŞ texnologiya şirkətləri arasında münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Fevral 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri