Finlandiyada canlı yayımda məktəbə silahlı hücum: Şagirdlər yaralanıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Finlandiyanın Pirkkala şəhərində məktəbə silahlı hücum olub.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə yerli polis idarəsindən məlumat verilib.
Məlumata görə, 16 yaşlı yeniyetmə bıçaqla tələbələrə hücum edib və nəticədə azı 3 şagird yaralanıb. O, hücumunu "GoPro" tətbiqi vasitəsilə canlı yayımlayıb.
Bundan əvvəl o, sosial şəbəkələrdə manifest dərc edib və qızlara hücum etmək istədiyini, həmçinin bütün bunları altı aydır planlaşdırdığını bildirib.
Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Polisin verdiyi açıqlamada bildirilib ki, o, soyuq silahdan istifadə edib. Həmçinin şagirdlərin aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı da ehtimal edilir.
Polis hadisədən əvvəl şübhəlinin dərc etdiyi ehtimal edilən yazılı materialları araşdıracaqlarını qeyd edib, lakin materialların məzmunu barədə ətraflı məlumat verməyib.
Eyni zamanda, yaralanan şagirdlərin hansı yaşlarda olduqları da açıqlanmayıb, lakin onların valideynlərinə məlumat verildiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 May 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















