Qazlaşdırılmayan kəndlərin sakinləri qış üçün odunu necə və haradan əldə edə bilərlər?
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Qış mövsümünə hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, eləcə də Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, təhsil və səhiyyə müəssisələrinin odun yanacağına olan tələbatının ödənilməsi üçün ölkə üzrə meşə ərazilərində əvvəlcədən müəyyən edilmiş xüsusi sahələrdə odun tədarükü işləri aparılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. Tədarük bioloji inkişafdan qalmış, kök üstündə qurumuş, eləcə də yıxılmış və yanğın təhlükəsi yarada biləcək quru ağaclar hesabına həyata keçirilir.
“Əhalinin odun yanacağına olan tələbatının ödənilməsi məqsədilə qazlaşdırılmamış yaşayış məntəqələrinə yaxın meşə dolaylarında xüsusi tədarük sahələri müəyyənləşdirilir və tədarük olunan odun dəyəri ödənilməklə təqdim olunur.
Odun tədarükü məqsədilə ayrılmış qırma sahələrinin siyahısı ilə (https://www.eco.gov.az/index.php?ln=az&pg=905) linkə keçid edərək tanış olmaq mümkündür.
Qeyd edək ki, qazlaşdırılmayan yaşayış məntəqələrinin sakinləri odun əldə etmək üçün yaşadıqları ərazi üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















