Icma.az
close
up
RU
Fiona Hill Kəşfiyyatçının dəqiq analizi

Fiona Hill Kəşfiyyatçının dəqiq analizi

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İdeoloji motivləri fərqli, strukturları eyni: qəhrəmanlıq və şəhidlik, zoru müqəddəsləşdirmə, hədəflərə qarşı terror

Tanınmış qadın siyasətçi terrorizm ideologiyası Rusiyada yaranıb deyir.  Güman ki, çoxları bu fikrin Kondoliza Raysa aid olacağını düşünəcək. Amma bu fikir Fiona Hillə – ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq direktoruna məxsusdur. Məncə, o Rusiyanı heç də Kondolizza Raysdan az bilmir…

Fiona Hill, Britaniya-Amerika siyasət uzmanıdır, 1965-də İngiltərənin şimalında bir şaxtaçı ailəsində doğulub. Ailəsində universitet təhsili almış ilk insandır. Fiona doktorluq dərəcəsini (tarix üzrə) Harvard Universitetində alıb. O Rusiya və Avrasiya siyasəti üzrə ixtisaslaşıb. Amerikaya köçdükdən sonra ABŞ Prezidentinin Avropa və Rusiya məsələləri üzrə xüsusi köməkçisi, “Brookings” İnstitutunun eksperti olaraq çalışıb. Rusiya üzrə ən önəmli ekspertlərdən biri sayılır…

Terrorizm deyəndə əksəriyyətin ağlına 11 sentyabr dəhşəti, Əl-Qaidə, İŞİD və ya Orta Şərq müharibələri gəlir. Lakin az adam bilir ki, müasir terrorizm anlayışının ideoloji kökləri — bəli, bəlkə də təəccüblənəcəksiniz — inqilabdan əvvəlki Rusiyadan gəlir.

Rusiya üzrə tanınmış uzman Fiona Hill bu barədə açıq danışır: “Müasir dövrün radikal hərəkatları öz modelini ilk dəfə Çar Rusiyasında tapıb. Çünki orada repressiv siyasi rejim qarşısında dinc mübarizə mümkünsüz idi. Alternativ olaraq, zorakı dəyişiklik ideyası doğuldu. Və bu ideya təkcə silahlarla deyil — ideologiya ilə də silahlanmışdı”.

19-cu əsrin ortalarından etibarən Rusiya imperiyasında siyasi, sosial və iqtisadi təzyiqlər geniş narazılıqlara səbəb olurdu. Avtokrat rejim və senzura, kəndlilərlə fəhlə sinfinin ağır həyat şəraiti, siyasi islahatların aparılmaması…Bu şəraitdə əksər liberal və marksist hərəkatlardan fərqli olaraq bəziləri zorakı yolla dəyişiklik etmək ideyasını əsas götürdü. Bu, müasir siyasi terrorizmin ilk təzahürü kimi qiymətləndirilir.

Rus terrorizminin pionerləri “Narodnaya Volya” (Xalq İradəsi), Sergey Neçayev və başqa cərəyan və təşkilatlar idilər. “Narodnaya Volya” 1870-1880-ci illərdə fəaliyyət göstərən rus inqilabçı qrupu idi. Əsas məqsədi avtokratik çar rejimini zor gücü ilə devirməkdi. Həyata keçirdikləri ən böyük terror hadisəsi 1881-də çar II Aleksandrın sui-qəsd nəticəsində öldürülməsi olmuşdu. "Terror – zorakılığın məcburi və legitim vasitəsidir", – deyirdi “Narodnaya Volya” və əlavə edirdi: “Əgər səsimiz eşidilmirsə, partlayışla danışarıq.”

Rus terrorunun digər təmsilçisi Sergey Neçayev və "inqilabi amoralizm" idi. 1869-da yazdığı "İnqilabçının Kodeksi" (“Катехизис революционера”) radikal terrorçuların “İncil”i sayılır. Neçayevə görə inqilabçı öz həyatını və vicdanını məhv etməli, terror və manipulyasiya ilə dəyişiklik yaratmalıdır. Bu anlayış sonradan anarxistlərə və hətta XX əsr islamçı radikallarına da ilham verdi.

Fiona Hillə görə indiki dini və siyasi terror hərəkatlarının bir çoxunun konseptual ilham mənbəyi əslində Çar Rusiyasında ortaya çıxmış ideologiyalar idilər. O deyir ki, rusların "şəxsi fədakarlıq", "əbədi düşmən", "haqq uğrunda şiddət" fikirləri sonradan digər ideoloji terror qruplarına model oldular.

Bu ideologiyalar dini məzmunlu olmasa da fanatizm, şəhidlik mərtəbəsi və kütləvi zorakılıq kimi məsələlər əxlaqi əsaslandırma baxımından oxşar idilər. 1917-ci il Oktyabr inqilabı (oxu: çevrilişi) və bolşevik zorakılığı da bu əsasda inkişaf etmiş sistematik şiddətin davamı idi.

“Tarixin təkərrür etməsi” deyə günümüzün radikal hərəkatlarına – İŞİD, “Boko Haram”, müxtəlif sağ və sol ekstremist qruplara baxanda onların ideoloji motivləri fərqli görünə bilər, amma strukturları eynidir: qəhrəmanlıq və şəhidlik, zoru müqəddəsləşdirmə, hədəflərə qarşı terror.

Fiona Hill bu məqamda haqlıdır: bəli, bu mexanizmin ilk prototipi Rusiyada yaranıb və ona görə də terroru yalnız müasir dini radikalizmlə deyil, tarixin ideoloji izləri ilə də oxumaq lazımdır.

Bir çoxları terroru yalnız bir regionun, bir inancın problemi kimi görmək istəyir. Amma tarix sübut edir ki, fanatizm universal bir təhlükədir — onun dini yoxdursa, ideologiyası var. Əgər cəmiyyətlərdə dialoq yerinə zorakılıq, ümid yerinə ümidsizlik hökm sürərsə, bu ideyalar hər zaman geri dönəcəklər. Çünki terror təkcə bir hadisə deyil – o bir fikir, bir qəzəb, bir etiraz formasıdır. Və bu qəzəb çox zaman əvvəlki zaman dilimlərinin kölgəsindən çıxır: zaman dəyişsə də kölgələri qalır.

***

Fiona Hill torpağın çürüdüyü bir bölgədə doğulub böyüdü.  Atasının çalışdığı mədən bağlandı, ümidsizlik artdı. Atası "Burada sənin üçün heç nə yoxdur" dedi, onu bu bərbad bölgəni tərk etməyə çağırdı.

Sent Endryus, Moskva və Harvardda oxudu. İngiltərədə iş tapmadı, Amerikaya getdi, ora vətəndaşı oldu. Ağ Evdə çalışdı, üç ABŞ Prezidentilə işlədi. Prezident Trampın ilk impiçment sorğusunda onun əleyhinə ifadə verdi.

Qorxmadı, bilirdi ki, unudulmuş insanların çarəsizliyi Amerika siyasətini uçuruma sürükləyir. Və bilirdi ki, Rusiyadan xilas olmaq üçün vaxt daralır. Düşüncələrini “Mr. Putin: Operative in the Kremlin”, (“Cənab Putin: Kremldəki xüsusi agent”), “There Is Nothing for You Here” (“Burada Sizə Görə Heç Nə Yoxdur”) adlı kitablarda dilə gətirdi. Özü də kəşfiyyatçı olan Fiona Hillin kəşfiyyatçı Putin haqda qələmə aldıqları çox maraqlı olmalıdır ki, sonuncu kitabı “New York Times” qəzetinə görə bestseller seçildi…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri