Icma.az
close
up
RU
Fırçanın sözlə dialoqu: Altay Hacıyev yaradıcılığında Natəvan obrazı

Fırçanın sözlə dialoqu: Altay Hacıyev yaradıcılığında Natəvan obrazı

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 6 iyul, AZƏRTAC

Xalq rəssamı Altay Hacıyevin “Xurşidbanu Natəvan övladları ilə” əsəri Natəvanın həyatındakı ən mühüm mövzulardan biri olan analıq hissinə həsr edilib. Kompozisiyanın mərkəzində Natəvan, onun ətrafında isə övladları təsvir olunub. Burada şairə və ya xan qızı deyil, ana obrazı ön plana çəkilir. Rəssamın yumşaq rənglərdən istifadə etməsi əsərə xüsusi həzinlik verir. Fiqurlar arasında sərt sərhədlərin olmaması ailə birliyini və mənəvi yaxınlığı ifadə edir. Natəvanın övladlarına yönələn baxışlarında həm sevgi, həm də qoruyuculuq hiss olunur. Bu xüsusiyyət əsərin emosional təsirini artırır. Əsər Natəvan şəxsiyyətinin daha az tanınan tərəfini – ana obrazını üzə çıxarır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.

Altay Hacıyevin “Qasım bəy Zakir və Xurşidbanu Natəvan” əsəri barədə də danışan dosent deyib: “Bu, Azərbaycan ədəbi mühitinə həsr olunan maraqlı kompozisiyalardan biridir. Burada iki böyük ədəbi şəxsiyyət arasında mənəvi əlaqə təsvir edilib. Kompozisiyada əsas vurğu onların fiziki yaxınlığına deyil, fikir və söz birliyinə yönəlib. İşıq və rəng həlli obrazları fonla birləşdirərək onları tarixi xatirə səviyyəsinə qaldırır. Natəvan burada sadəcə dinləyici və ya söhbət iştirakçısı deyil, Azərbaycan poeziyasının davamçısı kimi təqdim olunur. Əsərin əsas ideyası ədəbi ənənələrin nəsildən-nəslə ötürülməsini göstərməkdir.

O, Xalq rəssamının “Xurşidbanu Natəvan kitab ilə” əsərinin Natəvanın poetik mahiyyətinin ən uğurlu ifadələrindən biri olduğunu qeyd edib. “Əsərdə kitab obrazın mərkəzi elementinə çevrilib. Natəvanın kitabı tutması sadəcə oxu prosesi deyil, mənəvi dünyaya daxil olma aktıdır. Qırmızı və narıncı rənglərin üstünlük təşkil etməsi daxili enerji və yaradıcılıq qüvvəsini simvolizə edir. Uçan quşlar isə ilhamın və azad fikrin rəmzidir. Burada Natəvan söz sənətinin daşıyıcısı, mənəvi işıq mənbəyi kimi təqdim olunur”,- A.Xəlilov əlavə edib.

Müxbir – Fidan Əlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri