Icma.az
close
up
RU
Sumqayıt karate məktəbinin inkişafı Rafael Məmmədovun adı ilə bağlıdır

Sumqayıt karate məktəbinin inkişafı Rafael Məmmədovun adı ilə bağlıdır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycanın Əməkdar məşqçi, idman ustası və 6-cı DAN qara kəmər sahibi olan Rafael Məmmədov uzun illər ərzində öz bilik və təcrübəsini gənc nəslin yetişdirilməsinə, idmanın təbliğinə və yüksək səviyyəli idmançıların hazırlanmasına həsr edib.
Newscenter.az-ın xəbərinə görə, Sevastopol şəhərində Beynəlxalq şərq döyüş növləri Akademiyasının, həmçinin Simferopol İdman Bədən Tərbiyə Universitetinin məzunu olan Rafael Məmmədov peşəkar fəaliyyəti boyunca karate idman növünün incəliklərini gənc idmançılara öyrətməklə yanaşı, onlarda iradə, əzmkarlıq, intizam, məsuliyyət və qələbə əzmi kimi mühüm keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət yetirib. Onun məşqçilik fəaliyyəti təkcə fiziki hazırlığın artırılmasına deyil, həm də sağlam həyat tərzinin təşviqinə, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasına və onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xidmət edib.

Rafael Məmmədovun adı, xüsusilə, Sumqayıt karate məktəbinin inkişafı ilə sıx bağlıdır. O, illər ərzində yüzlərlə gəncin karate idmanına cəlb olunmasına, onların peşəkar idman yoluna qədəm qoymasına və müxtəlif səviyyəli yarışlarda uğur qazanmasına töhfə verib. Onun yetişdirdiyi idmançılar arasında fərqlənənlərin əldə etdiyi nailiyyətlər məşqçinin zəhmətinin, peşəkarlığının və öz işinə olan bağlılığının bariz göstəricisidir. Bu baxımdan, Rafael Məmmədovun fəaliyyəti yalnız fərdi idmançıların uğurları ilə məhdudlaşmır, bütövlükdə regionda karate idmanının inkişafına və idman ənənələrinin möhkəmlənməsinə mühüm təsir göstərir.

Qeyd edək ki. bu günlərdə Azərbaycan idmanının inkişafında, xüsusilə də Sumqayıt şəhərində karate idman növünün formalaşmasında və geniş yayılmasında mühüm xidmətləri olan tanınmış idman mütəxəssislərindən biri Rafael Məmmədovun qız övladının xeyir işi olub. Toy mərasimində dünya şöhrətli karateçi Rafael Ağayev də iştirak edib. Rafael Məmmədovun məşqçilik fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də dünya karate tarixində özünəməxsus mövqeyə malik olan, karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevin ilk məşqçisi olmasıdır. Rafael Ağayevin şəxsi məşqçisi isə Azərbaycan Karate Fedеrasiyasının vitse-prezidenti, Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi, polkovnik, Budokan Şərq Döyüş Növləri İdman Mərkəzinin Fəxri Prezidenti, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyə idman xadimi, 8-ci DAN qara kəmər ustası Füzuli Musayevdir.
Rafael Ağayev xeyir işdə çıxış edərək öz müəllimi və onun övladı haqda ürək sözlərini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Noyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri