Icma.az
close
up
RU
Fırçası, tişəsi və səsi ilə tanınan sənətkar

Fırçası, tişəsi və səsi ilə tanınan sənətkar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quzeyli-güneyli vətənimizin bir parçası olan Ərdəbil şəhəri zaman-zaman çox tanınmış mədəniyyət xadimləri yetirib. Onlardan biri də uğurlu rəssam, heykəltaraş və musiqiçi Vədud Müəzzindir.

Vədud Müəzzin 1960-cı ilin avqustunda anadan olub. Uşaq yaşlarından rəssamlığa güclü meyli və bu sahədə parlaq istedadı olub. Yeniyetmə ikən ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu İncəsənət Universiteti bağlanıb. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə yollanıb. Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.

Peşəkar rəssam olmaq üçün incəsənət kurslarında yaxından iştirak edib. Vətənə geri döndükdən sonra da həm öz ölkəsində, həm də xaricdə sərgilərə qatılıb. Tehranda, Los-Ancelesdə, Dubayda, Bakıda, Təbrizdə, Ərdəbildə fərdi sərgiləri də uğurla keçib, əsərləri diqqət çəkib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Bakıda onun sərgisinin rəssamlıqla musiqinin vəhdət bayramı olduğunu söyləyib: “Vədud həm gözəl rəssam, həm də gözəl xanəndədir. Leonardo da Vinci deyirdi ki, rəngkarlıq poeziyadır – sən onu görürsən, poeziya isə musiqidir – sən onu eşidirsən”. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazandıq”.

Mərhum sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev isə rəssamın özünəməxsus üslubundan, xüsusilə də qrafika əsərlərindən vəcdə gəldiyini bildirib. Realizmə üstünlük verən rəssamın əsərlərinin həmişə böyük maraqla qarşılandığını vurğulayıb. Rəssam-xanəndə üçün xalq mahnıları və muğamlardan ibarət qısa ifasını təqdim etsə də, zəngin, unudulmaz təəssürat yaradıb.

Vədud Müəzzinin rəsmlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Hazırda həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir. Heykəltəraşlığa olan həvəsinə görə isə o, bir ara Bakıya gələrək burada 10 ay qalıb, tanınmış memarlarla, tişə ustaları ilə görüşüb, faydalı məsləhətlər alıb. Xüsusən də heykəltaraş, Xalq rəssamı Akif Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra doğma Ərdəbilə qayıdan soydaşımız orada böyük bir emalatxana götürərək, çalışmağa başlayıb. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini, büstlərini düzəldib. Düzəltdiyi heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.

Vədud bəy məşhur müzəzzinlər (azan, namazlarda salam, təsbeh duaları və muğam oxuyanlar) nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda mərhum Xalq artistləri Hacıbaba Hüseynov və Ağaxan Abdullayevlə tanış olaraq onlardan Azərbaycan muğamlarını layiqincə mənimsəyib. Məşhur kaman ustamlız, Xalq artisti Habil Əliyev ilk dəfə İrana gedəndə onun oradakı yerli musiqiçilər üçün konsertində Vədud Müəzzin ilk dəfə “Rast” muğamını başdan-ayağa oxuyaraq hər kəsi heyran qoyub. Sonra sənət dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət çoxsaylı konsertlər verib.

Düz 10 il həmin ansamblda çıxış edən Vədud Müəzzin daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onun unudulmaz konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir.

2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olan Vədud Müəzzin ilk növbədə özünü rəssam sayır. “Köhnə Bakı”, “Meyvə bazarı”, “Ərdəbil bazarı”, “Ənzəli bazarı”, “Balıqçılar”, “Bağ küçəsi”, “O olmasın, bu olsun”, “Xocalı”, “Xalxal dərəsi”, “Natürmort” kimi rəsm əsərləri muzeyləri, sərgiləri bəzəyir. Heykəltəraşlıq və muğam ifaçılığını isə istedadlı soydaşımız ona ilham verən qoşa qanadları kimi dəyərləndirir.

Vədud Müəzzinin iki övladı var. Böyük qızı Ayna Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsində təhsil alır. Fotoqrafiyanı, rəssamlığı bilir. Kiçik qızı Dəniz isə hələ məktəblidir.

İstedadlı soydaşımızın Bakıya növbəti səfərində sərgisinə və konsertinə getmək arzusu ilə:

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri