Icma.az
close
up
RU
“Firəngiz Şərifova dedi ki, külü qoyum alnına, mən nə vaxt elə söz işlətdim?” ÖZƏL

“Firəngiz Şərifova dedi ki, külü qoyum alnına, mən nə vaxt elə söz işlətdim?” ÖZƏL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Firəngiz Şərifova fevral ayında anadan olub, fevralda da dünyasını dəyişib. Mən onu, Yusif Vəliyevi teatrımızın son mogikanı sayıram. İndiyə qədər yadımdadır, biz onun son ad günündə də evinə getmişdik. Görüşdük, söhbətləşdik. Çox, həddindən çox arıqlamışdı. Mən onunla zarafat da edirdim. Mənim zarafatlarımı qəbul edirdi, heç vaxt incimirdi. Onun əlindən, üzündən öpdüm. Yanımda olan sənətkar dostlarımız Almaz Mustafayeva, Şəfəq Əliyeva mənə dedilər ki, incitmə də onu.. Dedim ki, yox, özü mənə deyib ki, sən məni öpsən sağalacam. Çöndü belə baxdı. Onun bir sözü var idi, “külü qoyum alnına”. Şakəri idi, hər sözü də deyirdi. Dedi ki, “boy, mən nə vaxt elə söz dedim? Külü qoyum alnına”. Güldüm, zarafata gülümsədi. Amma üzünü tutdu, üzünü açmırdı, çox arıqlamışdı. İstəmirdi üzünü göstərsin. Həddindən artıq baxımlı və möhtəşəm qadın olub”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O daha sonra əlavə edib:

“Firəngiz xanım faciə və dram əsərlərinin ilahəsi idi. Çox mehriban xanım idi. Cavanlarla oturub-dururdu, onları çox istəyirdi, istedadlı cavanlardan daha çox xoşu gəlirdi. Bizim söhbətlərə qulaq asmağı, lətifəni çox sevərdi. Hər dəfə yanıma gəlib deyirdi ki, Yasin, təzə nəyin var? Mən hardansa eşitdiyim lətifəni ona danışanda şaqqanaq çəkib gülürdü. Aktrisa kimi əvəzsiz, təkrarsız idi. Gözəl, məlahətli səsə malik idi. Vaxtilə Musiqili teatrda da işləyib. Onunla bir çox qastrollarda olmuşuq. Məsləhət etməyi var idi. Məsləhətə qulaq asmağı da var idi. Mənim yadımdadır ki, Əkrəm Əylislinin “Yazığam, sevmə məni” tamaşasında ona baş rol verilmişdi. O rolda əruz vəznindən, qəzəldən, şeiriyyatdan çox istifadə olunmalı idi. Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi. Bizdə Əlisəftər Quliyev adlı cavan  oğlan var idi, o da bu tamaşada rol almışdı. Əlisəftərin yaxşı şeir yazmağı var idi, qəzəldən, əruz vəznindən anlayışlı idi. Firəngiz xanımı o tamaşaya elə hazırladı ki, hamı Firəngiz xanımın qəzəliyyatından, əruz vəznini necə bilməyindən danışırdı. Az bir müddətdə onu öyrədə bilmişdi. Bu cür xüsusiyyətləri var idi. Valideynlərinin adından heç vaxt sui-istifadə etməzdi, qürrələnməzdi ki, mən Abbas Mirzə Şərifzadənin, Mərziyyə Davudovanın övladıyam. Firəngiz xanım ən çox Yusif Vəliyevlə oynayırdı. Yusifi çox istəyirdi, ondan fəxrlə danışırdı. O yadımdadır ki, deyirdi, “Ədə, bu bilirsən necə roldur? Heç Abbas Mirzə də belə oynaya bilməzdi”. Atasının, anasının adını hansısa aktyorları göylərə qaldıranda misal çəkirdi. Özünü öymək xüsusiyyəti Firəngiz xanımda qətiyyən yox idi” deyə sənətkar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri