Icma.az
close
up
RU
Firudin Qurbanov: Cari tədris ilində 79 autizmli uşaq sağlam həmyaşıdları ilə birlikdə ümumi təhsilə cəlb olunub

Firudin Qurbanov: Cari tədris ilində 79 autizmli uşaq sağlam həmyaşıdları ilə birlikdə ümumi təhsilə cəlb olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Autizm spektr pozuntusu ilə yaşayan uşaqlar üçün təhsil və ünsiyyət əsas açar vasitələrdir. Onların cəmiyyətə uğurlu inteqrasiyasının başlıca yolu məhz erkən müdaxilə, düzgün yönləndirilmiş təlim və dayanıqlı ünsiyyət bacarıqlarının inkişafıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, autizmli uşaqlar tez-tez əqli geriliyi olan fərdlərlə səhv salınsa da, onların sağlam intellekt, güclü yaddaş və müəyyən sahələrdə yüksək bacarıqlara malik olduqları artıq elmi cəhətdən sübuta yetirilib: “Bu uşaqlar bəzi hallarda öz yaşıdlarından daha yaradıcı və fərqli düşüncə tərzinə sahib olurlar. Onların potensialını üzə çıxarmaq və dəstəkləmək bizim əsas məqsədimizdir. Təhsil Nazirliyi olaraq inklüziv təhsilin inkişafı bizim üçün prioritet sahələrdən biridir. Qürurla qeyd edə bilərəm ki, 2024–2025-ci tədris ilində artıq 79 nəfər autizmli uşaq sağlam həmyaşıdları ilə birlikdə ümumi təhsilə cəlb olunub. Bu, inklüziv təhsilin inkişafı istiqamətində atılmış mühüm bir addımdır və biz bu istiqamətdə işlərimizi daha da genişləndirməyə davam edəcəyik.

İnanıram ki, belə tədbirlər sayəsində ictimaiyyətin bu mövzuya olan həssaslığı artırılacaq və hər bir autizmli uşaq cəmiyyətin bölünməz üzvünə çevriləcək”, - deyə nazir müavini əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri